Yüklənir...
Location: Bakı
İş şəraiti İş yeri: Azərbaycan, Sumqayıt İş qrafiki: 6 günlük – 08:00-16:00 (1-ci növbə), 16:00-00:00 (2-ci növbə), 00:00-08:00 (3-cü növbə) İstirahət günü - Bazar Vəzifə öhdəlikləri: Zavod ərazisində yükləmə-boşaltma işlərini təhlükəsiz şəkildə aparmaq; Avtoyükləyici və digər yükləmə-boşaltma mexanizmlərini istismar qaydalarına uyğun idarə etmək; Hazır məhsul, xammal və digər yüklərin yüklənməsi, boşaldılması, daşınması və düzgün yerləşdirilməsini təmin etmək; Daşınma və yükləmə zamanı məhsulların zədələnməsinin qarşısını almaq; İdarə etdiyi texnikanın saz, işlək və təmiz vəziyyətdə saxlanılmasını təmin etmək, nasazlıq aşkar edildikdə rəhbərinə məlumat vermək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək; Verilən tapşırıqları vaxtında, təhlükəsiz və keyfiyyətlə yerinə yetirmək; Zərurət yarandıqda rəhbərliyin göstərişi ilə əmək funksiyasına və təhlükəsizlik tələblərinə uyğun digər işləri yerinə yetirmək və s. Namizədə olan tələblər: Orta və ya orta-ixtisas təhsil; İstehsalat sahəsində minimum 2 il iş təcrübəsi; Avtokar və forklift kimi mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi; İxtisas üzrə sertifikatlar; Yeni texnologiyalara öyrənməyə həvəsli; Dinamik və tələbkar iş mühitində işləməyə hazırlıqlı. Digər məlumatlar: Servislə təmin olunma; Nahar şirkət tərəfindən təmin edilir; İllik Tibbi sığorta paketi; Əmək haqqı namizədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən ediləcək. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.