Yüklənir...
Location: Bakı
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Əməliyyatların planlaşdırılması və nəzarəti üzrə menecer vəzifəsi üzrə vakansiya elan olunur. Əsas vəzifə öhdəlikləri: Layihələr üzrə iş qrafiklərinin hazırlanması və icrasına nəzarətin həyata keçirilməsi; Layihələrin icrası üçün zəruri resursların planlaşdırılması və səmərəli bölüşdürülməsinin təşkili; Planlaşdırılmış və faktiki göstəricilərin müqayisəsinin aparılması, kənarlaşmaların müəyyən edilməsi və təhlili; İşlərin gedişatının izlənilməsi, gecikmə risklərinin müəyyənləşdirilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması; Layihələr üzrə vaxt, resurs və məhsuldarlıq göstəricilərinin təhlil edilməsi; Müvafiq struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi; Əməliyyatların gedişi və nəticələri barədə hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi; Planlaşdırma proseslərinin təkmilləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması istiqamətində təkliflərin verilməsi. Namizədə dair tələblər: Əməliyyatların planlaşdırılması, layihələrin idarə edilməsi və ya müvafiq sahə üzrə iş təcrübəsi; İş qrafiklərinin hazırlanması və resurs planlaşdırılması üzrə bilik və bacarıqlar; Ezamiyyətə açıq olmaq; MS Excel proqramı üzrə yaxşı biliklər; Analitik düşünmə, məlumatların təhlili və hesabatların hazırlanması bacarığı; Problemləri təhlil etmək və operativ həll yolları təklif etmək qabiliyyəti; Komandada işləmək və müxtəlif struktur bölmələri ilə effektiv ünsiyyət qurmaq bacarığı; Məsuliyyətlilik, dəqiqlik və nəticəyönümlülük. İş şəraiti: İş yeri: Xırdalan; İş qrafiki: 5 günlük iş həftəsi; Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Əməliyyatların planlaşdırılması və nəzarəti üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.