İnsan Resursları üzrə Menecer - Azera Holding

Location: Bakı

“AZERA Holding” peşəkar komandasına İnsan Resursları üzrə Menecer vəzifəsi üzrə təcrübəli, təşəbbüskar və peşəkar namizədləri dəvət edir. Əsas vəzifə öhdəlikləri Şirkətin insan resurslarının idarə edilməsi proseslərini təşkil etmək və koordinasiya etmək; HR strategiyasının, daxili prosedur və qaydaların hazırlanması, tətbiqi və təkmilləşdirilməsində iştirak etmək; İşçi ehtiyaclarının müəyyənləşdirilməsi, vakansiyaların idarə edilməsi, namizədlərin seçimi və işə qəbul proseslərini təşkil etmək; Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq kadr inzibatçılığı və əmək münasibətlərinin düzgün idarə edilməsini təmin etmək; Əmək müqavilələri, işə qəbul, xitam, məzuniyyət, ezamiyyət və digər kadr sənədlərinin hazırlanmasına və rəsmiləşdirilməsinə nəzarət etmək; ƏMAS və digər müvafiq elektron sistemlər üzərindən kadr əməliyyatlarının vaxtında və düzgün icrasını təmin etmək; Yeni əməkdaşların adaptasiya (onboarding) prosesini təşkil etmək və izləmək; Performans qiymətləndirmə, motivasiya və mükafatlandırma sistemlərinin tətbiqində iştirak etmək; Əməkdaşların təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, təlim planlarının hazırlanmasını və icrasını koordinasiya etmək; Təşkilati strukturun, ştat cədvəlinin və vəzifə təlimatlarının hazırlanması və yenilənməsində iştirak etmək; Kadr məlumat bazasının düzgün formalaşdırılmasını, yenilənməsini və məlumatların məxfiliyini təmin etmək; Əməkhaqqı hesablanması üçün zəruri məlumatların hazırlanmasını və aidiyyəti struktur bölmələrlə koordinasiyasını həyata keçirmək; Əmək münasibətləri ilə bağlı yaranan məsələlərin və mübahisələrin qanunvericiliyə uyğun həllində iştirak etmək; HR göstəricilərini təhlil etmək, aylıq və dövri hesabatları hazırlayaraq rəhbərliyə təqdim etmək; HR proseslərinin optimallaşdırılması, rəqəmsallaşdırılması və effektivliyinin artırılması istiqamətində təkliflər hazırlamaq. Vəzifəyə dair tələblər Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahələr üzrə); İnsan resurslarının idarə edilməsi sahəsində minimum 3 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsi və müvafiq əmək qanunvericiliyi üzrə yaxşı biliklər; Kadr inzibatçılığı, işə qəbul, performans idarəetməsi və əmək münasibətləri üzrə praktiki təcrübə; ƏMAS və digər elektron kadr sistemləri ilə işləmək bacarığı; MS Office proqramlarından, xüsusilə Excel-dən yüksək səviyyədə istifadə bacarığı; HR hesabatlarının hazırlanması və əsas HR göstəricilərinin təhlili üzrə biliklər; İngilis dili – B2, rus dili – B2 səviyyəsində bilik arzuolunandır. Şəxsi keyfiyyətlər və bacarıqlar Liderlik və komanda ilə işləmək bacarığı; Güclü kommunikasiya və təşkilatçılıq qabiliyyəti; Analitik düşüncə və problem həll etmə bacarığı; Strateji yanaşma və təşəbbüskarlıq; Yüksək məsuliyyətlilik və detallara diqqət; Məxfi məlumatlarla işləmək və peşəkar etik prinsiplərə riayət etmək bacarığı; Çoxşaxəli tapşırıqları və prioritetləri effektiv idarə etmək; Dinamik və yüksək iş tempinə uyğunlaşmaq bacarığı. İş qrafiki Həftə içi 5 gün, saat 09:00–18:00; Zərurət yarandıqda şənbə günü – yarım iş günü. AZERA Holding-in peşəkar komandasının bir hissəsi olmaq və insan resurslarının idarə edilməsi sahəsində inkişafımıza töhfə vermək istəyirsinizsə, CV-nizi mövzu hissəsində “İnsan resursları üzrə  Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.