Yüklənir...
Location: Bakı
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Referent-katib Vəzifəyə olan tələblər Ali təhsil; Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək (yazılı və şifahi); Referent-katib, katib və ya oxşar vəzifədə minimum 1 il iş təcrübəsi; Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook) ilə yüksək səviyyədə işləmək bacarığı; Sənəd dövriyyəsi (kargüzarlıq) qaydalarını və ofis işlərinin aparılmasını bilmək; Yüksək ünsiyyət qabiliyyəti, nəzakətli və peşəkar davranış. Vəzifə öhdəlikləri Rəhbərin görüşlərinin planlaşdırılması və idarə edilməsi, tapşırıqlarının vaxtında yerinə yetirilməsi; Qonaqların qarşılanması və yönləndirilməsi; Rəhbərin ezamiyyət və səfərlərinin təşkili (bilet, otel, vizalar və s.); Yazışmaların (elektron və kağız formatda) aparılması; Rəhbərliyin tapşırığına əsasən daxili və xarici əməkdaşlarla əlaqənin saxlanılması. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.