HR üzrə mütəxəssis - "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu

Location: Bakı

Əsas vəzifə və öhdəliklər İnsan resurslarının idarə edilməsi strategiyasının hazırlanması və həyata keçirilməsində iştirak etmək; İşə qəbul və istedadların cəlb edilməsi proseslərini müasir metodlarla təşkil etmək; Əməkdaşların adaptasiyası (Onboarding), inkişafı və karyera planlaşdırılması proseslərini idarə etmək; Əməyin qiymətləndirilməsi və performansın idarə edilməsi prosesinin təşkili; Əməkdaş məmnuniyyəti, motivasiyası və təşkilata bağlılığının artırılması istiqamətində təşəbbüslər irəli sürmək; Təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, fərdi və korporativ inkişaf proqramları hazırlamaq; HR proseslərinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması üzrə təşəbbüslər həyata keçirmək; Əmək qanunvericiliyinin tələblərinə uyğun kadr inzibatçılığını və sənədləşməni təmin etmək; Müasir HR trendlərini, süni intellekt və rəqəmsal alətlərin imkanlarını iş proseslərinə inteqrasiya etmək; Sağlam, inklüziv, əməkdaşyönümlü və yüksək performanslı iş mühitinin formalaşdırılmasına töhfə vermək. Namizədə dair tələblər İnsan resurslarının idarə edilməsi, menecment  və ya müvafiq sahə üzrə ali təhsil; HR sahəsində minimum 5 il iş təcrübəsi; Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək münasibətlərini tənzimləyən normativ hüquqi aktları bilmək; Müasir HR metodologiyaları və insan kapitalının idarə edilməsi prinsipləri haqqında biliklər; MS Office proqramları, xüsusilə Excel üzrə istifadə bacarığı; Rəqəmsal HR platformaları ilə işləmək bacarığı üstünlükdür; Süni intellekt alətlərindən və rəqəmsal texnologiyalardan səmərəli istifadə bacarığı üstünlükdür; Güclü kommunikasiya, analitik düşünmə və problem həll etmə bacarıqları; Komanda ilə işləmək, təşəbbüskarlıq və dəyişikliklərin idarə edilməsi bacarığı; Məxfilik və peşə etikası prinsiplərinə riayət etmək; Azərbaycan, rus  və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı olan  namizədlərə üstünlük verilir.  İş barədə məlumat: İş yeri: Bakı şəhəri İş rejimi: 5 gün/ 09:00 – 18:00 Əmək haqqı müsahibə əsasında təyin olunacaq AR-nın Əmək Məcəlləsinə əsasən işə qəbul CV-lər [email protected]  və [email protected]    email ünvanlarına təqdim olunsun.