Satış Əməliyyatları Şöbə müdiri - Azersun Holding

Location: Bakı

Azersun Holding ə daxil olan Al Market MMC komandamıza Satış Əməliyyatları Şöbə müdiri axtarılır! Tələblər: Ali təhsil; Pərakəndə satış sahəsində 3–5 il iş təcrübəsi; Mağaza əməliyyatlarının təşkili və idarə olunması üzrə biliklər; Satış göstəricilərinin təhlili və hesabatların hazırlanması bacarığı; MS Office, xüsusilə Excel proqramı üzrə biliklər; Güclü liderlik, ünsiyyət və təşkilatçılıq bacarıqları; Komanda idarəetməsi və operativ qərarvermə bacarığı. Əmək funksiyaları: Əməliyyat nəzarətçilərinin fəaliyyətini idarə etmək və koordinasiya etmək; Mağazalarda satış, müştəri xidməti, itki və əməliyyat göstəricilərinə nəzarət etmək; Satış, LFL, orta səbət, müştəri və büdcə göstəricilərini təhlil etmək; Mağazaların şirkət standartlarına uyğun fəaliyyətini təmin etmək; Əməliyyat problemlərinin həllini və audit nəticələri üzrə tədbirlərin icrasını təşkil etmək; Əməliyyat nəzarətçilərinin performansını izləmək və inkişafını təmin etmək; Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək; Şirkətin strateji və əməliyyat hədəflərinin icrasına nəzarət etmək. İş yeri: Gəncə şəhəri CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Satış Əməliyyatları Şöbə müdiri” qeyd etməklə göndərə bilərsiniz.