İstehsalat üzrə maliyyə nəzarətçisi - Azprotein Foods Group

Location: Bakı

“Az Protein Foods Group” MMC   “İstehsalat üzrə maliyyə nəzarətçisi” vəzifəsi üzrə vakansiya elan edir. Namizədə Tələblər: Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil. Mühasibat uçotu sahəsində ən azı 3 il, o cümlədən istehsalat müəssisəsində praktiki iş təcrübəsi. İstehsalat üzrə minimum 5 il iş təcrübəsi. Mühasibat uçotunun tam dövrünü bilmək: ilkin sənədlər, mühasibat yazılışları, dövriyyə-saldo cədvəli, qarşılıqlı hesablaşmalar, ehtiyatlar, xərclər, maya dəyəri və dövrün bağlanması. İstehsalat uçotu və məhsulun maya dəyərinin hesablanması üzrə praktiki biliklər. 1C proqramında sərbəst işləmək , səhvləri sənəd, hesab və analitik uçot səviyyəsində araşdırmaq bacarığı. Meatsys üzrə təcrübə üstünlükdür. Excel-də düsturlar, məlumatların uyğunlaşdırılması və icmal cədvəllərlə işləmək bacarığı. Əsas vəzifə öhdəlikləri Uçot məlumatlarının gündəlik üzləşdirilməsi, əməliyyatların düzgünlüyünün yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi; Xammalın qəbulu, istehsalata verilməsi və sərfinə, yarımfabrikat, hazır məhsul və bitməmiş istehsal uçotuna nəzarət; Anbarlararası hərəkətlərin, qaytarmaların, zay məhsul, tullantı və silinmələrin düzgün uçota alınmasının yoxlanılması; İlkin sənədlərin düzgün rəsmiləşdirilməsinə və əməliyyatların 1C sistemində düzgün əks etdirilməsinə nəzarət; Mühasibat hesabları üzrə dövriyyə, qalıq və hesab məlumatlarının təhlili; İstehsalat xərclərinin, maya dəyərinin, xammal sərfi və məhsul çıxımının düzgünlüyünün yoxlanılması; Xammal sərfi, məhsul çıxımı, texnoloji itkilər və zay məhsul üzrə kənarlaşmaların araşdırılması; Aşkar edilmiş uyğunsuzluqların səbəblərinin müəyyən edilməsi, məsul şəxslərlə düzəlişlərin koordinasiyası və icrasına nəzarət; Gündəlik uçotun bağlanmasının yoxlanılması və nəticələr üzrə gündəlik hesabatların hazırlanması; Ciddi uyğunsuzluqlar və mümkün maliyyə itkiləri barədə rəhbərliyə operativ məlumat verilməsi; Təkrarlanan səhvlərin təhlili və uçot, sənəd dövriyyəsi və nəzarət proseslərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması. İş şəraiti Əmək haqqı: 2000-2500 manat  İş qrafiki: 6 günlük. Müəssə Buzovnada yerləşir. Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan   elektron ünvanına göndərmələri xahiş olunur.