Keyfiyyətə nəzarət üzrə texnik - AZROKSAN LLC

Location: Bakı

İş haqqında: Azroksan MMC keyfiyyətə nəzarət komandasında çalışacaq, məhsul və proseslərin düzgünlüyünü yoxlayacaq, testləri və hesabatları aparacaq, avadanlıqların kalibrlənməsi və material istifadəsini nəzarətdə saxlayacaq keyfiyyətə nəzarət üzrə texnik axtarır. Seçilən namizədlər Türkiyədə 6 aylıq peşəkar təlim proqramında iştirak edərək beynəlxalq iş mühitində dəyərli təcrübə qazanacaq; təlim, yaşayış, yemək və yol xərclərinin hamısı şirkət tərəfindən qarşılanacaqdır. Əsas vəzifələr: İşlərin vizual yoxlamalarının, ölçü yoxlamalarının, kimyəvi, fiziki və funksional testlərin aparılması, qüsurlu işlərin müəyyən edilməsi və hesabatlaşdırılması. Satınalma sifarişlərində tələb olunan keyfiyyət sənədlərinin mövcudluğunun və uyğunluğunun yoxlanılması, sənədlərin paylanmasının təmin edilməsi. Bölmədə və təchizatçılarda istifadə olunan avadanlıqların və ölçmə dəzgahlarının kalibrləmə vəziyyətinin yoxlanılması, müddəti bitmiş və ya yararsız avadanlığın istifadəsinin qarşısının alınması. Qəbul anbarlarında materialların saxlanma və istifadə müddətinin yoxlanılması, istifadə müddəti bitmiş materiallar üzrə laboratoriya ilə əlaqə saxlanılması. Bütün yoxlama nəticələrinin Azroksan keyfiyyət sisteminə uyğun hesabatlaşdırılması, qeydiyyata alınması və arxivləşdirilməsi, təlim və sertifikasiya proqramlarında iştirakın təmin edilməsi. Tələblər: Kimya üzrə ali təhsil Keyfiyyət yoxlamaları və sənədləşmə sahəsində 1-2 illik təcrübə Avadanlıqların kalibrlənməsi və ölçmə proseslərinə dair bilik Laboratoriya testləri və funksional sınaqlarla işləmə bacarığı Analitik düşüncə və detallara diqqət Komanda ilə effektiv əməkdaşlıq və kommunikasiya bacarığı Təlim və sertifikasiya proqramlarında iştirak etməyə hazır olmaq Bəy namizədlər üçün hərbi xidmətini başa vurmuş və ya artıq çağırılmayacaq (hərbi xidmət öhdəliyi olmayan) şəxslər müraciət edə bilər Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu sətrində “Keyfiyyətə nəzarət üzrə texnik” qeyd etməlidirlər. Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.