Yüklənir...
Location: Bakı
Peşəkar komandamıza qoşulmaq üçün İnsan Resursları Departamentinin Əməyin ödənilməsi və hesabatlılıq şöbəsinə əməyin ödənilməsi üzrə mütəxəssis axtarırıq! Vəzifə funksiyası: Namizəd əməkhaqqının hesablanması prosesinin dəqiq və vaxtında icrasında, əməkhaqqı məlumatlarının yoxlanılmasında, müvafiq tutulma və ödənişlərin hesablanmasında, hesabatların hazırlanmasında, eləcə də əməyin ödənilməsi üzrə məlumatların düzgünlüyünün və məxfiliyinin təmin edilməsində əsas rol oynayacaq. Sizi hansı öhdəliklər gözləyir? Əməkhaqqı, mükafat, əlavələr, məzuniyyət, xəstəlik vərəqəsi və digər ödənişlərin qüvvədə olan qaydalara uyğun hesablanmasında iştirak etmək; İş vaxtının uçotu cədvəllərini, əmrləri və əməkhaqqının hesablanmasına əsas verən digər sənədləri yoxlamaq; Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta və digər tutulmaların düzgün hesablanmasını təmin etmək; Əməkhaqqı üzrə məlumatları informasiya sisteminə daxil etmək, dəyişiklikləri vaxtında və düzgün əks etdirmək; Əməkhaqqı fondunun icrası, faktiki ödənişlər və kənarlaşmalar üzrə dövri hesabatlar hazırlamaq; Əməkdaşların əməkhaqqı və digər ödənişlərlə bağlı müraciətlərini araşdırmaq və səlahiyyət çərçivəsində cavablandırmaq; Maliyyə və aidiyyəti struktur bölmələri ilə əməkhaqqı məlumatlarının uzlaşdırılmasını həyata keçirmək; Əməyin ödənilməsi üzrə sənədlərin sistemləşdirilməsini, saxlanmasını və məxfiliyini təmin etmək, gündəlik operativ tapşırıqları icra etmək. Namizədlərdən tələblərimiz: Ali təhsil (İqtisadiyyat, mühasibatlıq, maliyyə və ya əlaqəli sahə üzrə üstünlükdür); Müvafiq sahə üzrə minimum 1-2 il iş təcrübəsi; Əmək qanunvericiliyi, vergi və sosial sığorta üzrə əsas normativ tələblər barədə bilik; MS Excel proqramında sərbəst işləmə, məlumatların təhlili və hesabatların hazırlanması bacarığı; Əməkhaqqı və ya ERP sistemləri ilə iş təcrübəsi üstünlükdür; Komanda ilə işləmə və nəticəyönümlülük; Dəqiqlik və məxfiliyi qoruma bacarığı; Analitik düşünmə və problem həll etmə bacarığı. İş yeri: Gəncə şəhəri. Biz nə təklif edir? Sabit və etibarlı iş mühiti; Peşəkar komandada inkişaf və karyera imkanları. Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5671 müraciətinizi tamamlaya bilərsiniz. Uğurlar!