Location: Bakı
İşəgötürən: “BK Azərbaycan” MMC, Burger King restoranlar şəbəkəsi Namizədə aid tələblər: 25-35 yaş arasında; Ali təhsilli olması; Azərbaycan dili üzrə yaxşı biliklər; Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi; AR Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə, o cümlədən sosial sığorta, vergi və əməkhaqqı sistemləri ilə bağlı müvafiq biliklərə malik olmaq; MS Excel üzrə mükəmməl biliklər; 1 C 8.3 proqramında sərbəst işləmək bacarığı; Riyazi hesablamalar aparma və analitik təhlil etmə qabiliyyətləri; Dəqiqlik, məsuliyyət və məxfi məlumatlarla işləmək bacarıqları; Komandada işləmək və vaxtında nəticə əldə etmək bacarıqları. Əsas vəzifə və öhdəliklər: Şirkət əməkdaşlarının aylıq əmək haqlarının düzgün hesablanmasının və vaxtlı-vaxtında ödənilməsinin təmin edilməsi; Əmək haqqı ödəniş dövrünə uyğun olaraq müvafiq məlumatların 1C proqramına vaxtlı-vaxtında və düzgün şəkildə daxil olunmasının təmin edilməsi; Son haqq-hesab, bütün növ məzuniyyətlər, xəstəlik vərəqələri, mükafatlar və digər ödənişlərin hesablanması və ödənilməsinin təmin edilməsi; Ezamiyyə haqlarının hesablanması və ödənişlərinin vaxtında həyata keçirilməsi; Xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və birdəfəlik ödənişlərin DSMF elektron portalında düzgün şəkildə rəsmləşdirilməsi; Əmək haqqına dair daxil olan sorğu və sualların operativ şəkildə cavablandırılması; Vergi, DSMF və statistik orqanlara təqdim olunan əməkhaqqı hesabatlarının hazırlanması və təqdim edilməsi; Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; 5 günlük iş rejimi ; Əmək haqqı-1000 Azn; Müasir idarəetmə sistemi və mehriban kollektiv. Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Əmək haqqı üzrə mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.