Yüklənir...
Location: Bakı
Yer: Bakı Məşğulluq növü: Tam ştat Bleyz Media media və reklam sahəsində fəaliyyət göstərən dinamik şirkətdir. Komandamızı genişləndirir və satış üzrə təcrübəli mütəxəssis axtarırıq. Vəzifə öhdəlikləri Reklam və media xidmətlərinin satışını həyata keçirmək Yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə uzunmüddətli əlaqələr qurmaq Müştərilərə kommersiya təklifləri hazırlamaq və təqdim etmək Danışıqlar aparmaq, müqavilələri razılaşdırmaq və bağlamaq Satış planlarının yerinə yetirilməsini təmin etmək Bazar və rəqiblər üzrə analiz aparmaq Satış hesabatlarını mütəmadi olaraq təqdim etmək Tələblər Media, reklam və ya marketinq sektorunda satış üzrə minimum 2-3 il iş təcrübəsi Media sektorunda B2B satış təcrübəsi və müştəri bazasının olması üstünlükdür Rus və ingilis dillərini yaxşı bilmək (yazılı və şifahi) Azərbaycan dilini mükəmməl bilmək Güclü danışıq, təqdimat və ünsiyyət bacarıqları Nəticəyə yönümlülük və satış hədəflərinə çatmaq bacarığı MS Office və CRM sistemləri ilə işləmək bacarığı Məsuliyyətlilik, təşəbbüskarlıq və komanda ilə işləmək qabiliyyəti Biz təklif edirik Rəqabətli Əmək haqqı + satışdan bonus və komissiya Peşəkar inkişaf və karyera imkanları Dinamik və dostcasına iş mühiti Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Satış Meneceri” qeyd edin.