Yüklənir...
Location: Bakı
Əsas vəzifələr: Potensial korporativ müştəriləri müəyyənləşdirmək və onlarla ilkin əlaqə yaratmaq; Şirkətlərin ehtiyaclarını analiz etmək və uyğun xidmət həlləri təklif etmək; BMG International-ın xidmət və həlləri barədə korporativ müştərilərə təqdimatlar keçirmək; Görüşlər, danışıqlar və kommersiya təklifləri prosesini idarə etmək; Satış prosesini ilk əlaqədən müqavilənin bağlanmasına qədər müşayiət etmək;Yeni korporativ müştərilər cəlb etmək və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq; Bazar və potensial müştərilər üzrə araşdırmalar aparmaq; Satış hədəflərinə nail olmaq və satış nəticələri barədə mütəmadi hesabatlar hazırlamaq; CRM sistemində müştəri və satış məlumatlarını düzgün qeyd etmək və yeniləmək. Namizəddən gözləntilər: B2B satış sahəsində iş təcrübəsi; Təlim və təhsil sektorunda iş təcrübəsinin olması üstünlükdür; Korporativ müştərilərlə ünsiyyət və danışıqlar aparmaq bacarığı; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı, rus və/və ya ingilis dili biliyi üstünlükdür; Güclü təqdimat, kommunikasiya və inandırma bacarıqları; Analitik düşüncə və müştəriyönümlü yanaşma; Satış hədəfləri ilə işləmək və nəticəyə fokuslanmaq; CRM sistemləri və MS Office proqramları ilə işləmək bacarığı üstünlükdür. Biz nə təklif edirik? Rəqabətqabiliyyətli əməkhaqqı + performansa əsaslanan bonus sistemi; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Davamlı təlim və mentorluq dəstəyi; Korporativ satış sahəsində praktiki inkişaf imkanı; Güclü komanda və müasir iş mühiti. Əgər B2B satış sahəsində özünü inkişaf etdirmək, korporativ müştərilərlə işləmək və nəticəyönümlü komandaya qoşulmaq istəyirsinizsə, CV-nizi bizimlə paylaşın və BMG International komandasının bir hissəsi olun! Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . Əlaqə: 010 234 41 46