Location: Bakı
Fəaliyyət sahəsi: Daşınmaz əmlak Əmək haqqı: Maaş + bonus Vakansiya haqqında məlumat Daşınmaz əmlak şirkətimizə sosial media və çəkilişlər üzrə xanım əməkdaş axtarılır. Vəzifə satış işi deyil. Əsas iş şirkətimizin təqdim etdiyi mənzil və layihələrin reklam çəkilişlərində kamera qarşısında iştirak etmək, sosial media hesablarının və əmlak elanlarının idarə olunmasına kömək etməkdən ibarətdir. Əsas vəzifələr: Mənzil, bina və layihələrin reklam çəkilişlərində kamera qarşısında təqdimat etmək; Reklam çəkilişləri və sosial media paylaşımları üçün kreativ, maraqlı ideyalar irəli sürmək; Hazırlanmış video və digər kontentləri Instagram və digər sosial şəbəkələrdə paylaşmaq; Paylaşımlara gələn şərh və sorğulara ilkin cavab vermək, müraciətləri aidiyyəti şəxsə yönləndirmək; Əmlak saytlarında elanlar yerləşdirmək və mövcud elanları yeniləmək; Daxil olan müraciət və məlumatları sistemli şəkildə qeyd etmək; Rəhbərliyin işlə bağlı digər gündəlik tapşırıqlarını yerinə yetirmək. Tələblər: Xanım namizəd; Yaş həddi: 20–40 yaş; Kamera qarşısında sərbəst və rahat olmaq; Səlis və aydın nitq; Azərbaycan dilində sərbəst danışıq bacarığı; Rus dilində sərbəst və səlis danışıq bacarığı mütləq tələbdir. İngilis dilində mətnləri oxumaq və sözləri düzgün tələffüz etmək bacarığı (sərbəst danışıq tələb olunmur); Kreativ düşüncə qabiliyyəti, təşəbbüskarlıq və yeni ideyalar təklif etmək bacarığı; Instagram, TikTok və digər sosial media platformalarındakı gündəlik trendləri izləmək və onları reklam kontentinə uyğunlaşdırmaq bacarığı; Sosial şəbəkələrdən sərbəst istifadə bacarığı; Məsuliyyətli, operativ və detallara diqqətli olmaq. İş qrafiki: Həftədə 6 gün; İş saatları: 10:00–19:00; İşin gedişatından asılı olaraq bəzi günlər iş daha erkən yekunlaşa bilər. Qeyd: Bu vakansiya əmlak agenti və ya satış meneceri vəzifəsi deyil. Əməkdaş müştərilərlə birbaşa satış danışıqları aparmayacaq. İngilis dili yalnız reklam mətnlərinin kamera qarşısında düzgün səsləndirilməsi üçün tələb olunur. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .