Layihə rəhbəri - Caspensol MMC

Location: Bakı

İş şəraiti İş yeri: Xankəndi şəhəri  İş rejimi: Tam iş günü Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən müəyyən edilir. Əsas vəzifə öhdəlikləri Tikinti layihəsinin başlanğıcdan təhvilə qədər bütün mərhələlərinin planlaşdırılması, təşkili və idarə edilməsi; Layihənin təsdiq edilmiş qrafik, büdcə, layihə və texniki tələblərə uyğun icrasına nəzarət; Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsinin təmin edilməsi; Layihənin iş qrafikinin hazırlanması, icra vəziyyətinin mütəmadi monitorinqi və gecikmələrin qarşısının alınması; Tikinti sahəsində işlərin koordinasiyası və sahə rəhbərləri, mühəndislər, texniki heyət və podratçılar arasında effektiv əməkdaşlığın təmin edilməsi; Subpodratçı və podratçı şirkətlərin fəaliyyətinin koordinasiyası və görülən işlərin keyfiyyətinə, müddətinə və layihəyə uyğunluğuna nəzarət; Layihə üzrə material, texnika, işçi qüvvəsi və digər resurslara olan tələbatın müəyyənləşdirilməsi; Layihə büdcəsinə, xərclərə və resurslardan səmərəli istifadəyə nəzarət; Tikinti zamanı yaranan texniki və təşkilati problemlərin operativ şəkildə müəyyən edilməsi və həllinin təşkili; Layihə, smeta, işçi çertyojlar və digər texniki sənədlərin nəzərdən keçirilməsi; Geodeziya, konstruksiya, beton, armatur, metal konstruksiya, MEP və digər tikinti işlərinin qarşılıqlı koordinasiyasının təmin edilməsi; İşlərin keyfiyyət standartlarına, təhlükəsizlik və normativ tələblərə uyğun həyata keçirilməsinə nəzarət; Layihədə SƏTƏMM və əməyin təhlükəsizliyi tələblərinin təmin edilməsində iştirak; Layihənin gedişatı ilə bağlı rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi; İcra olunmuş işlərin, aktların, hesabatların və digər layihə sənədlərinin düzgün aparılmasına nəzarət; Layihə üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və risklərin minimuma endirilməsi üçün tədbirlərin görülməsi; Layihə üzrə sifarişçi, layihəçi, texniki nəzarət, podratçı və digər tərəflərlə işgüzar münasibətlərin və koordinasiyanın təmin edilməsi; Layihənin vaxtında, keyfiyyətli və təsdiq edilmiş büdcə çərçivəsində tamamlanmasının təmin edilməsi. Namizədə tələblər Tikinti, inşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil; Tikinti layihələrinin idarə olunması üzrə minimum 5 il iş təcrübəsi; Tikinti sahəsində rəhbər vəzifədə iş təcrübəsi; Böyük həcmli və mürəkkəb tikinti layihələrinin idarə olunması təcrübəsi; Tikinti texnologiyaları, layihə və texniki sənədlərin oxunması üzrə biliklər; Layihə planlaşdırılması və iş qrafiklərinin hazırlanması bacarığı; MS Office, xüsusilə Excel və Word proqramlarında yaxşı istifadə bacarığı; AutoCAD və layihələndirmə proqramları üzrə biliklər üstünlükdür; MS Project, Primavera P6 və ya digər layihə idarəetmə proqramları üzrə təcrübə üstünlükdür; Podratçı və subpodratçılarla işin təşkili və koordinasiyası bacarığı; Güclü liderlik, təşkilatçılıq və qərarvermə qabiliyyəti; Analitik düşüncə və operativ problem həll etmə bacarığı; Stressə davamlılıq və yüksək məsuliyyətlilik; Biz nə təklif edirik? Rəqabətli əmək haqqı; Peşəkar və inkişaf yönümlü iş mühiti; Böyükmiqyaslı tikinti layihələrində iştirak imkanı; Peşəkar inkişaf və karyera imkanları. Maraqlanan namizədlərdən CV-lərini mövzu bölməsində “Layihə rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.