Yüklənir...
Location: Bakı
CASPOS MMC komandamıza “Proqram təminatı üzrə satış mütəxəssisi” axtarırıq. Məsuliyyət və vəzifələr: Şirkətin proqram təminatları (ERP, Bulud həlləri və s.) barədə mövcud və potensial müştərilərə təqdimatlar etmək; Müştərilərlə görüşlər (online və oflayn) keçirmək, demo təqdimatlar aparmaq; Yeni müştəriləri cəlb etmək, mövcud müştəri bazası ilə əlaqələri qoruyub inkişaf etdirmək; Müştəri ehtiyaclarını analiz edib uyğun proqram həllərini təklif etmək; Qarşıya qoyulmuş satış hədəflərini icra etmək və nəticələr barədə hesabat vermək; Müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək; Tenderlər və kommersiya təklifləri hazırlamaq, müqavilələrin bağlanmasında iştirak etmək; Satış prosesini CRM üzərindən idarə etmək və satış mərhələlərini izləmək; Rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək və hesabatlılıq təmin etmək. Tələblər: Ali təhsil; Microsoft Office proqramları (xüsusilə Excel) bilmək; CRM sistemlərində işləmə təcrübəsi; Proqram təminatı, ERP, SaaS həlləri və inteqrasiya prinsipləri barədə ümumi biliklər; Azərbaycan dili – səlis, rus və ingilis dillərini bilmək arzuolunandır; Minimum 1 il B2B satış təcrübəsi (proqram təminatı və ya texnologiya sahəsində olması üstünlükdür). Fərdi keyfiyyətlər: Yaxşı ünsiyyət və təqdimat bacarığı; Müştəri yönümlü düşüncə və aktiv satış bacarığı; Analitik düşüncə və problemlərin həllinə yönəlmək; Tapşırıqları operativ icra etmək və nəticəyə fokuslanmaq; Daim öyrənməyə və texnologiya yeniliklərini izləməyə maraqlı olmaq. Əlavə məlumatlar: Əmək haqqı: Razılaşma yolu ilə; İş qrafiki: 5 günlük, 09:00–18:00; Korporativ nömrə və danışıq balansı təmin edilir; Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə. Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissəsində “Proqram təminatı üzrə satış mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.