Hüquqşünas - Company

Location: Bakı

İş barədə məlumatlar: Azərbaycan Respublikasının məhkəmələrində qurumun hüquq və qanuni mənafelərini müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, etirazların, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin və s.) hazırlanmasını təmin etmək və məhkəmələrdə baxılan işlər barədə məruzə etmək; Azərbaycan Respublikasının inzibati ərazi bölgələrində məhkəmə proseslərində qurumu təmsil etmək, qurumun hüquq və qanuni mənafelərini müdafiə etmək; Qurumun subroqasiya hüququnun həyata keçirilməsi istiqamətində aidiyyəti qurumlara müraciətlərin hazırlanması, sənədlərin toplanması və göndərilməsi ilə bağlı işləri həyata keçirmək; Qurumun fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliyin mütəmadi olaraq izlənilməsi və qəbul edilmiş dəyişikliklərə uyğun tədbirlərin görülməsi; Qurumun fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqi akt layihələrinin hazırlanmasında, həmçinin təqdim edilmiş hüquqi akt layihələrinə rəy və təkliflərin hazırlanmasında iştirak etmək; Digər şöbələrdən daxil olmuş sənədlərə hüquqi rəyin verilməsi; Dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən quruma ünvanlanmış və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxmaq və tədbirlər görmək;  Qurumun  qanunvericilik bazasının formalaşdırılmasında, mütəmadi olaraq təkmilləşdirilməsində və yenilənməsində, hüquqi təminat işinin aparılmasında iştirak etmək; Qurumun fəaliyyəti ilə bağlı mülki, idarələrarası, satınalma və s. xarakterli müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;  Qurumun idarəetmə orqanlarının iclaslarının təşkilində, iclas protokollarının və digər sənədlərin hazırlanmasında iştirak edilməsi; qanunvericiliyə uyğun olaraq xidməti məlumatları, dövlət və kommersiya sirrini qorumaq; Şöbəyə  daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq; Rəhbərliyin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq; Namizədə tələblər: Ali təhsil ( hüquqşünas ixtisası üzrə) ;  Sahə üzrə minimum 2 il iş təcrübəsi; Azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dilləri bilmək arzuolunandır; Azərbaycan Respublikasının Mülki, Mülki və İnzibati prosessual qanunvericiliyini, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Kontitusiya Qanununu, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunlarını mükəmməl bilməlidir; Yüksək qavrama, öyrənmə qabiliyyətinə və komandada işləmək bacarığına malik olmalı, məsuliyyətli, dəqiq və detallara diqqət etməli, hüquqi analiz qabiliyyəti yüksək səviyyədə olmalıdır; Yazı və nitq (natiqlik) qabiliyyəti yüksək olmalıdır. Əlavə qeydlər: 09:00 – 18:00 iş saatları, 5 günlük iş rejimi Könüllü tibbi sığorta təmin edilir Əmək haqqı müsahibə nəticəsində müəyyən ediləcək Namizədlərdən CV-ni “Hüquqşünas” mövzusu ilə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərməyiniz xahiş olunur.