Yüklənir...
Location: Bakı
Əmək funksiyaları: Müvafiq layihələr üzrə iqtisadi məlumatların toplanmasını, emalını və sistemləşdirilməsini həyata keçirmək; Toplanmış məlumatlar əsasında iqtisadi təhlillər, proqnozlar və qiymətləndirmələr hazırlamaq; Hazırlanmış layihələrin sosial-iqtisadi təsirlərini təhlil etmək; Strateji sənədlərin, proqramların və fəaliyyət planlarının hazırlanması üçün iqtisadi təhlillər və məlumatlar təqdim etmək; İqtisadi göstəricilər üzrə analitik hesabatlar, arayışlar və təqdimat materialları hazırlamaq; Rəsmi statistik məlumatları və digər məlumat bazalarını təhlil etmək, nəticələri ümumiləşdirmək; Şöbənin fəaliyyət istiqaməti üzrə normativ hüquqi aktların, strateji sənədlərin və beynəlxalq təcrübənin iqtisadi aspektlərini təhlil etmək. Vəzifənin tutulması şərtləri: Təhsil: İqtisadiyyat ixtisası üzrə bakalavr və ya magistr dərəcəsi; İş stajı: ən azı 3 il müvafiq sahədə; Kompüter bilikləri: Microsoft Office (xüsusilə Excel) və Power BI, Python və ya Stata proqramlarından biri üzrə orta səviyyədə biliklər; Dil bilikləri: İngilis dili (mütləq), rus dili biliyi üstünlükdür; İqtisadi proqnozlaşdırma, statistik və ekonometrik təhlil metodları, analitik hesabatların hazırlanması, məlumatların vizuallaşdırılması, mikroiqtisadiyyat və makroiqtisadiyyat üzrə biliklər; İqtisadi məlumatların müxtəlif mənbələrdən toplanması, emalı və sistemləşdirilməsi bacarığı; İqtisadi göstəricilərin təhlili və interpretasiyası bacarığı; İqtisadi proqnozların hazırlanması bacarığı; Analitik hesabat və arayışların hazırlanması bacarığı. İş barədə məlumat: İş yeri: Bakı şəhəri; Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.