Yüklənir...
Location: Bakı
Şirkətimiz avtomatika və yanğın siqnalizasiya sistemləri sahəsində çalışacaq, müvafiq bilik və praktiki təcrübəyə malik mühəndisləri komandamıza dəvət edir - Avtomatika üzrə mühəndis Namizədə olan tələblər Sənaye avtomatikası, SCADA, telemexanika və ya idarəetmə sistemləri sahəsində minimum 3 il iş təcrübəsi; SCADA/HMI layihələrinin hazırlanması, tətbiqi və istismara verilməsində praktiki iştirak təcrübəsi; PLC proqramlaşdırılması üzrə güclü nəzəri və praktiki biliklər; Elektrik və avtomatika çertyojlarını — prinsipial, qoşulma və montaj sxemlərini, eləcə də spesifikasiyaları oxumaq və təhlil etmək bacarığı (AutoCAD, EPLAN); Nasoslar, siyirtmələr, ventilyasiya, eskalatorlar, işıqlandırma (DALI) və enerji təchizatı (EAQ) kimi mühəndis sistemlərinin avtomatlaşdırılması üzrə biliklər; Sınaqların aparılması və istismara vermə (commissioning) prosesində praktiki təcrübə; Texniki tapşırıq, funksional təsvir və istismar təlimatı daxil olmaqla texniki sənədləri hazırlamaq bacarığı; Sifarişçi və podratçı tərəflərlə texniki məsələlər üzrə effektiv əməkdaşlıq və koordinasiya bacarığı. Vəzifə öhdəlikləri Avtomatika sistemlərinin layihələndirilməsi, quraşdırılması və texniki dəstəyinin həyata keçirilməsi; Qurğuların və avadanlıqların diaqnostikasının aparılması, nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması; Texniki sənədlərin hazırlanması, yenilənməsi və idarə olunması; Layihələr çərçivəsində texniki məsələlərin əlaqələndirilməsi və müştəri ilə əməkdaşlığın təmin edilməsi; Sistemlərin sınaqdan keçirilməsi, sazlanması və istismara verilməsi prosesində iştirak. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r.