Yüklənir...
Location: Bakı
İş yeri: Qarabağ (Qubadlı) Vəzifə öhdəlikləri Tikinti layihələrinin təsdiq edilmiş layihə sənədlərinə, iş qrafikinə, büdcəyə və müəyyən edilmiş keyfiyyət standartlarına uyğun həyata keçirilməsini təmin etmək; Layihənin planlaşdırılması, təşkili və icrasına ümumi rəhbərlik etmək; Layihə üzrə işlərin gedişatına nəzarət etmək, görülən işlərin müəyyən edilmiş müddətlərdə və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək; Layihə çərçivəsində çalışan mühəndislərin, texniki heyətin və digər əməkdaşların fəaliyyətini əlaqələndirmək; Layihə-smeta sənədlərini, iş həcmlərini, texniki çertyojları və digər layihə sənədlərini təhlil etmək; Tikinti materiallarının, texnikanın və əmək resurslarının səmərəli istifadəsinə nəzarət etmək; Layihənin büdcəsinə və xərclərinə nəzarət etmək, əlavə xərclərin qarşısının alınması üçün tədbirlər görmək; Sifarişçi, podratçı, subpodratçı və digər aidiyyəti tərəflərlə işgüzar əlaqələri qurmaq və koordinasiyanı təmin etmək; Tikinti işlərinin Azərbaycan Respublikasının qüvvədə olan normativ sənədlərinə, tikinti norma və qaydalarına uyğun aparılmasına nəzarət etmək; Əməyin mühafizəsi, texniki təhlükəsizlik və müəssisədaxili intizam qaydalarına riayət olunmasını təmin etmək; Layihə üzrə yaranan texniki və təşkilati problemləri müəyyən etmək, onların operativ həlli istiqamətində tədbirlər görmək; Layihənin icrası ilə bağlı mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək; Layihə üzrə təqvim qrafiklərinin hazırlanmasını, icrasını və zərurət yarandıqda yenilənməsini təmin etmək; Görülmüş işlərin həcminə və keyfiyyətinə nəzarət etmək, müvafiq icra sənədlərinin hazırlanmasını təşkil etmək; Layihənin müəyyən edilmiş müddətdə və nəzərdə tutulan nəticələrə uyğun tamamlanmasını təmin etmək. Tələb olunan bilik və bacarıqlar İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil; Tikinti sahəsində ən azı 5 il iş təcrübəsi, layihələrin idarə olunması üzrə təcrübəyə üstünlük verilir; Tikinti layihələrinin planlaşdırılması, təşkili və idarə olunması üzrə biliklər; Layihə-smeta sənədləri, iş həcmləri, Forma 2, Forma 3 və digər icra sənədləri ilə işləmək bacarığı; Tikinti norma və qaydaları, texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə biliklər; Microsoft Office proqramları üzrə biliklər; AutoCAD və digər layihələndirmə proqramları ilə işləmək bacarığı üstünlükdür; Layihənin büdcəsinin, resurslarının və iş qrafikinin idarə edilməsi bacarığı; Analitik düşünmə və operativ qərarvermə bacarığı; Yüksək təşkilatçılıq və liderlik qabiliyyəti; Komandanı idarə etmək, iş bölgüsü aparmaq və əməkdaşların fəaliyyətini koordinasiya etmək bacarığı; Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı; Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət; Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür; Ezamiyyət və regionda işləmək imkanına malik olmaq. İş şəraiti İş yeri: Qarabağ (Qubadlı) İş qrafiki: 6 günlük iş rejimi Qalmaq: Şirkət tərəfindən təmin olunur Yemək: Şirkət tərəfindən təmin olunur Əmək müqaviləsi: Rəsmi qaydada rəsmiləşdirilir Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək. Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.