Location: Bakı
Vakansiya bölgələri: Bakı, Şirvan, Sabirabad, Göyçay, Lənkəran, Şəki FAB Şirkətlər Qrupu peşəkar satış komandasını genişləndirir. Satış sahəsində təcrübəsi olan, nəticəyönümlü və dinamik iş mühitində çalışmağa həvəsli namizədləri Satış Təmsilçisi vəzifəsinə dəvət edirik. Əsas vəzifələr Şirkətin məhsullarının satışının həyata keçirilməsi; Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə iş; Soyuq satışların həyata keçirilməsi; Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsulların təqdim edilməsi; Satış hədəflərinin yerinə yetirilməsi; Müştərilərlə effektiv və uzunmüddətli münasibətlərin qurulması; Satış nəticələrinin təhlili və hesabatların hazırlanması. Namizədə tələblər Şəxsi avtomobilin olması mütləqdir ; B kateqoriyalı sürücülük vəsiqəsi ; Yaş həddi: 25–45 yaş ; Soyuq satış sahəsində minimum 2 il iş təcrübəsi ; Müştəri ehtiyaclarını düzgün analiz etmək və uyğun məhsulu təqdim etmək bacarığı; Satış göstəricilərini təhlil etmək və nəticəyönümlü işləmək bacarığı; Güclü ünsiyyət, təqdimat və inandırma bacarığı; Komandada effektiv işləmək bacarığı; İnkişafa açıq və təşəbbüskar olmaq; Məsuliyyətli, intizamlı və operativ işləmək bacarığı. Təklif olunur Sabit əmək haqqı: Bakı – 500 AZN \ Bölgələr – 400 AZN Aylıq 1000 AZN-dən yuxarı bonus imkanı Yanacaq xərclərinin qarşılanması İş qrafiki: 08:00–17:00 Peşəkar inkişaf və karyera yüksəlişi imkanları Korporativ və dinamik iş mühiti Böyüyən və uğurlu komandanın üzvü olmaq imkanı Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Təmsilçisi – Yaşayış yeri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Qeyd: Elanın əhatə etdiyi bölgələr üzrə yaşayış yerinizi CV göndərərkən mövzu hissəsində mütləq qeyd edin.