İngilis dili müəllimi - Flag Academy

Location: Bakı

Flag Academy olaraq komandamıza peşəkar, enerjili və tədrisə həvəsli İngilis dili müəllimi axtarırıq. Vəzifə öhdəlikləri: Müxtəlif yaş və səviyyə qrupları üçün ingilis dili dərslərinin keçirilməsi; Tələbələrin səviyyəsinə və ehtiyaclarına uyğun dərs planlarının hazırlanması; Müasir, kommunikativ və interaktiv tədris metodlarından istifadə; Tələbələrin Speaking, Listening, Reading və Writing bacarıqlarının paralel şəkildə inkişaf etdirilməsi; Tələbələrin bilik və inkişaf səviyyəsinin mütəmadi olaraq qiymətləndirilməsi; Test, tapşırıq və əlavə tədris materiallarının hazırlanması; Tələbələrin dərs prosesində aktiv iştirakının və motivasiyasının təmin edilməsi; Namizədə tələblər: Ali təhsil İngilis dilini yüksək səviyyədə bilmək (minimum B2 səviyyəsi üstünlükdür); İngilis dilinin tədrisi üzrə iş təcrübəsinin olması; Müxtəlif yaş qrupları ilə işləmək bacarığı; Məsuliyyətli, punktual, səbirli və öyrətməyə həvəsli olmaq; Müasir və interaktiv tədris metodlarından istifadə bacarığı; Tələbələrlə pozitiv və motivasiyaedici ünsiyyət qurmaq bacarığı; CELTA, TKT, TESOL, TEFL və digər beynəlxalq müəllimlik sertifikatlarının olması üstünlükdür. İş şəraiti: İş şəraiti: Əmək müqaviləsi ilə İş qrafiki: Full time Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müəyyən edilir. (Minimum 700-1500 Azn) Peşəkar və inkişaf yönümlü iş mühiti Vakansiya ilə maraqlanan namizədlər Şəkilli CV-lərini "İngilis dili müəllimi" başlığı ilə Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.