Yüklənir...
Location: Bakı
Şirkət: “Hotels Qrup” MMC “FLY INN Baku” mehmanxanası Tələb olunan biliklər: Qonaqpərvərlik sahəsində xidmət standartları; Azərbaycan; Rus və İngilis dili biliyi; Opera programı Microsoft Office programları: Outlook, Word və Excel Tələb olunan bacarıqlar: Liderlik, komanda idarəetməsi və problem həll etmə bacarığı; Güclü kommunikasiya və təşkilatçılıq qabiliyyəti; Qonaq yönümlü və məsuliyyətli yanaşma; Stressli vəziyyətləri düzgün idarə etmə; Xüsusi tələb : Ali təhsil; Otelçilik və ya turizm sahəsində müvafiq iş təcrübəsi; Qonaqpərvərlik sahəsində azı 3 il rəhbər kimi iş təcrübəsi Gözlənilən davranışlar: Nizam-intizam; Problem həll etmə qabiliyyətləri Rəhbərlik bacarığı; Vəzifə öhdəlikləri: Qəbul və qeydiyyat şöbəsinin gündəlik fəaliyyətini idarə etmək; Mehmanxananın SOP-si nəzərə alınmaqla əməkdaşları öyrətmək, dəstək vermək və nəzarət etmək; Resepşn, rezervasiya və qonaqla əlaqələr proseslərinə nəzarət etmək; Qonaqların qarşılanması və yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək; Check-in və check-out proseslərinin düzgün və operativ təşkilinə nəzarət etmək; Qonaq məmnuniyyətini və otelin xidmət standartlarını yüksək səviyyədə saxlamaq; Qonaq şikayətlərini operativ həll etmək və lazımi tədbirlər görmək; Günlük hesabatlara, kassa əməliyyatlarına və digər prosedurlara nəzarət etmək; Digər şöbələrlər effektiv koordinasiya yaratmaq. Şöbə büdcəsinin idarə edilməsi; 3 növbəli davamiyyət cədvəlinin hazırlanması; Qəbul və qeydiyyat işçiləri üçün iş yüklərini planlaşdırmaq və bölüşdürmək; Qəbul zamanı nizamlı görünüşün təşkilindən məsul olmaq; İş qrafiki: 5 günlük iş rejimi (Növbəli iş qrafiki) Əmək haqqı: Müsahibə əsasında müəyyənləşdiriləcəkdir. Ünvan: Heydər Əliyev Beynəlxalq Aeroportu, “FLY INN Baku” mehmanxanası İşə gəliş servislə təmin edilir. Tələblərə uyğun nazmidlər öz CV-lərini mövzu hissəsində “Qəbul və qeydiyyat üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.