Yüklənir...
Location: Bakı
Gabala Hospitality Group (GHG) olaraq Qəbələ regionunda fəaliyyət göstərən müxtəlif biznes vahidlərinin marketinq fəaliyyətlərinin planlaşdırılması, koordinasiyası və icrasına nəzarət etmək üçün Qrup Marketinq Meneceri axtarışındayıq. Vəzifə öhdəlikləri Qrup üzrə illik, rüblük və aylıq marketinq planlarının hazırlanmasında iştirak; Müxtəlif biznes vahidlərinin marketinq ehtiyaclarını toplamaq və prioritetləşdirmək; Marketinq kampaniyalarının planlaşdırılması və icrasını koordinasiya etmək; Brend, digital, sosial media, PR, content və digər marketinq istiqamətlərinin bir-biri ilə uyğun işləməsini təmin etmək; Marketinq büdcəsinin hazırlanmasında iştirak və xərclərin icrasına nəzarət; Kampaniya və layihələrin deadline, büdcə və məqsədlərə uyğun həyata keçirilməsini təmin etmək; Biznes vahidlərinin rəhbərləri ilə davamlı koordinasiya aparmaq; Marketinq komandası daxilində iş bölgüsü və prioritetlərin müəyyən edilməsinə dəstək vermək; Agentliklər, vendorlar və digər üçüncü tərəflərlə işləri koordinasiya etmək; Marketinq fəaliyyətlərinin nəticələrini izləmək və hesabatlar hazırlamaq; Bazar, rəqib və istehlakçı davranışlarını izləmək; • Yeni kampaniya, məhsul və layihələr üzrə marketinq yanaşmaları hazırlamaq; Digital, social media, PR və branding haqqında yaxşı anlayış; Hesabat və təqdimat hazırlamaq bacarığı; Güclü kommunikasiya və koordinasiya bacarığı; Deadline və prioritetlərlə işləmək bacarığı; Qrupun brend standartlarının və kommunikasiya keyfiyyətinin qorunmasına nəzarət etmək; Satış, rezervasiya, əməliyyat və digər departamentlərlə marketinq fəaliyyətlərini əlaqələndirmək. Qrup üzrə iş prinsipi Qrup Marketinq Meneceri yalnız bir biznes vahidi üçün deyil, Qrupa daxil olan müxtəlif brend və biznes istiqamətləri ilə paralel işləyir. Hər biznesin: • hədəf auditoriyası; • mövqelənməsi; • mövsümsallığı; • gəlir modeli; • marketinq ehtiyacları; • prioritetləri ayrıca nəzərə alınmalıdır. Əsas məqsəd bütün bizneslər üçün eyni yanaşma yaratmaq deyil, ümumi Qrup strategiyası çərçivəsində hər bir biznes üçün uyğun marketinq yanaşmasını formalaşdırmaqdır. İllik marketinq büdcəsinin hazırlanmasında iştirak etməli; Biznes vahidlərindən gələn ehtiyacları toplamalı; Xərcləri prioritetləşdirməli; Plan və fakt göstəricilərini izləməli; Büdcənin effektiv istifadəsini təmin etməlidir. Tələblər Hospitality, tourism, hotel, restaurant və ya lifestyle sektorunda təcrübə; Digital marketing və performance marketing haqqında praktiki bilik; Brend strategiyası və marketinq araşdırmaları üzrə təcrübə; PR və event management təcrübəsi; AI alətlərindən marketinqdə effektiv istifadə bacarığı; Komanda idarəçiliyi təcrübəsi; Azərbaycan dili üzrə yüksək yazılı və şifahi kommunikasiya bacarığı; İngilis və rus dili biliyi üstünlükdür; Biz nə təklif edirik? Qəbələ regionunun aparıcı hotel və turizm şirkətlərindən birində rəhbər vəzifədə karyera imkanı; GHG üzrə Marketinq əməliyyatlarına rəhbərlik etməklə geniş peşəkar məsuliyyət və inkişaf imkanları; GHG-nin formalaşmış Marketinq standartlarının daha da inkişaf etdirilməsində və ümumi marketinq strategiyasının həyata keçirilməsində iştirak etmək imkanı; Təcrübə və ideyalarınızı Qrup Marketinq Direktoru və peşəkar marketinq komandası ilə birlikdə reallaşdırmaq imkanı; Beynəlxalq marketinq təcrübəsinin mövcud sistemə uyğun şəkildə tətbiqinə töhfə vermək imkanı; GHG daxilində uzunmüddətli karyera və peşəkar inkişaf imkanları; Vəzifə və namizədin təcrübəsinə uyğun rəqabətli əmək haqqı və şirkət tərəfindən müəyyən edilmiş digər iş üstünlükləri , sosial təminatlar. CV-lərinizi subject hissəsində “Qrup Marketinq Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.