Broker - GBL Group QSC

Location: Bakı

Vəzifə öhdəlikləri: İdxal və ixrac yüklərinin gömrük rəsmiləşdirilməsi prosesini həyata keçirmək və izləmək; Gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri toplamaq, yoxlamaq və təqdim etmək; Yüklərin gömrükdən çıxarılması və müştəriyə təhvil verilməsini təmin etmək; Gömrük orqanları və aidiyyəti qurumlarla sənədləşmə və zəruri işləri həyata keçirmək; Müştərilərlə yükün rəsmiləşdirilməsi və təhvil verilməsi ilə bağlı əlaqə saxlamaq; Gömrük rəsmiləşdirilməsi zamanı yaranan məsələlərin operativ həllində iştirak etmək; Rəsmiləşdirilmiş yüklərlə bağlı sənədlərin sistemləşdirilməsi və arxivləşdirilməsini təmin etmək. Namizədə tələblər: Broker və ya gömrük sahəsində iş təcrübəsi arzuolunandır; Gömrük rəsmiləşdirilməsi və sənədləşmə prosesləri haqqında anlayış; Sənədlərlə işləmək bacarığı və diqqətlilik; Məsuliyyətli, operativ və işgüzar olmaq; Müştərilərlə düzgün ünsiyyət qurmaq bacarığı; Komandada işləmək bacarığı. İş şəraiti: İş yeri: Bakı Baş Gömrük İdarəsi İş qrafiki: 5 günlük İş saatı: 09:00–18:00 Əmək haqqı: 600 AZN + bonus Tələblərə uyğun namizədlər CV-lərini “Broker” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.