Location: Bakı
Vəzifə öhdəlikləri Anbarda gündəlik iş proseslərinin düzgün təşkilini və nəzarətini həyata keçirmək; Anbar işçilərinin fəaliyyətini effektiv şəkildə yönləndirmək və idarə etmək; Anbarda təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək və bu tələblərin heyət tərəfindən yerinə yetirilməsinə nəzarət etmək; Zədələnmiş və servisə göndərilməli malların vaxtında və düzgün qablaşdırmada göndərilməsini təşkil etmək; Müvafiq satış və sifariş tələblərinə əsasən anbardan düzgün məhsul çıxışını təmin etmək; Anbar üzrə inventarlaşma (sayım) proseslərini təşkil və icra etmək; Bütün əməliyyatların (qaimə, akt və s.) sənədləşməsini prosedur qaydalarına əsasən aparmaq və sənədləri arxivləşdirmək; Fors-major hallarda operativ tədbirlər görmək və mağaza rəhbərliyini məlumatlandırmaq; Anbar proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək. Əmək haqqı: 1000 AZN + Ünvan - Dərnəgül şosesi Titanik otelin yanı, Polisan həyəti Qeyd olunmuş şərtlərə uyğun olan namizədlər qeyd olunan əlaqe nömrə ilə əlaqə saxlasınlar. Əlaqə: 050 454 82 01 - Əlisahib bəy