Yüklənir...
Location: Bakı
Vəzifənin məqsədi Müştəri münasibətlərini proaktiv idarə etmək, mövcud və yeni müştərilərdən gələn imkanları inkişaf etdirmək və sövdələşmələri peşəkar şəkildə bağlamaq. Məqsəd şirkətin sifariş portfelini və gəlirliliyini maksimuma çatdırmaqdır. Müştəri münasibətlərinin idarə edilməsi Developer, baş podratçı, memarlıq və layihə institutları ilə yeni əlaqələr qurmaq və mövcud münasibətləri inkişaf etdirmək Məsul olduğu bazar seqmentində şirkətin mövqeyini gücləndirmək Qərarvermə səviyyəsində görüşlər, təqdimatlar və obyekt ziyarətləri təşkil edib aparmaq Komanda üçün potensial müştəri və satış imkanları yaratmaq, o cümlədən cross-selling Komanda ilə birlikdə müştəri məmnuniyyətini təmin etmək və şikayətləri həll etmək Müştəri və əlaqə məlumatlarını CRM sistemində aktual saxlamaq Satış Satış büdcəsinə və qiymət hədəflərinə uyğun olaraq potensial müştəri, imkan, sifariş və müqavilələrə görə məsuliyyət daşımaq Kommersiya təklifləri hazırlamaq, tenderlərdə iştirak etmək, danışıqlar aparmaq və müqavilələri bağlamaq Müştəri sifarişinin danışıqlarda razılaşdırılan şərtlərə, o cümlədən keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlamaq Layihəni quraşdırma, texniki xidmət və mühəndislik komandalarına tam və dəqiq məlumatla təhvil vermək Satış imkanları, tapşırıqlar və görüşlər barədə vaxtında və dəqiq hesabat vermək Debitor borclarının yığılmasında maliyyə şöbəsinə dəstək olmaq Tələblər Tikinti sahəsində ən azı 3 il B2B satış və ya biznesin inkişafı təcrübəsi Developer, podratçı və layihə institutlarında güclü və aktiv əlaqələr şəbəkəsi Rus və ingilis dillərini sərbəst bilmək (şifahi və yazılı) Təqdimat, danışıq, sövdələşmə bağlama və tender proseslərində təcrübə Müqavilə və maliyyə şərtləri üzrə əsas biliklər MS Office və CRM sistemləri ilə işləmək bacarığı Ali təhsil Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.