Yüklənir...
Location: Bakı
“İnternational-Leasing” ASC Avtomobil üzrə Lizinq mütəxəssisi (Böyük / Baş / Aparıcı mütəxəssis) vəzifəsinə işçi qəbulu elan edir. Vəzifə öhdəlikləri Avtomobil lizinqi üzrə müraciətlərin qəbul edilməsi və qiymətləndirilməsi; Müştərilərlə görüşlərin keçirilməsi, məhsul və xidmətlər barədə ətraflı məlumat verilməsi; Lizinq şərtlərinin müştərilərə izah edilməsi; Müştərilərdən tələb olunan sənədlərin toplanılması və yoxlanılması; Lizinq müqavilələrinin hazırlanması və rəsmiləşdirilməsi prosesində iştirak; Müştəri bazasının formalaşdırılması və mövcud müştərilərlə əlaqələrin idarə olunması; Yeni müştərilərin cəlb edilməsi və satış planlarının icra olunması; Avtomobil satıcıları və tərəfdaşlarla əməkdaşlığın qurulması və inkişaf etdirilməsi; Müştəri portfelinin idarə olunması və satış nəticələrinin təhlili; Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi. Tələblər: Ali təhsil; Lizinq, bank, maliyyə, satış və ya avtomobil sektorunda iş təcrübəsi; Vəzifə səviyyəsindən asılı olaraq müvafiq sahədə minimum 1–3 il iş təcrübəsi; Lizinq və kredit məhsulları haqqında biliklər; Maliyyə və müştəri məlumatlarını təhlil etmək bacarığı; Satış və danışıqlar aparmaq bacarığı; Müştəriyönümlülük və yüksək kommunikasiya qabiliyyəti; MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı istifadə bacarığı; Analitik düşüncə və problem həll etmə bacarığı; Komandada işləmək bacarığı; Məsuliyyətlilik, operativlik və iş intizamına riayət; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; Avtomobil bazarı haqqında məlumatlılıq arzuolunandır İş şəraiti: İş yeri: Bakı şəhəri; İş rejimi: tam iş günü; Şirkət təklif edir: Rəqabətqabiliyyətli əmək haqqı; Bonus və motivasiya sistemi; Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində “ İnternational-Leasing” üzrə Böyük / Baş / Aparıcı mütəxəssis qeyd etməklə göndərmələri xahiş olunur.