Yüklənir...
Location: Bakı
Namizədə olan tələblər: Universitetlərin Memarlıq, İç memarlıq, Mebel dizaynı, Dizayn və digər uyğun ixtisasları üzrə məzun olmaq; Plan və layihələri oxumaq və çertyoj hazırlamaq bacarığı; Tercihen mebel satışı sahəsində iş təcrübəsinin olması; Mağazacılıq və satış sahəsində karyera qurmaq istəyinin olması; AutoCAD və 3ds Max proqramlarında işləmək bacarığı; İnteryer dizaynı və dekorasiya sahəsində yenilikləri və müasir trendləri yaxından izləmək; Müştərinin evində ölçüləri götürmək və həmin ölçülərə uyğun layihə hazırlamaq bacarığı; Siqaret çəkməyən. İş öhdəlikləri: Müştərilərin tələblərinə və ehtiyaclarına uyğun interyer dizayn konsepsiyalarının hazırlanması; Hazırlanmış dizayn həllərinin çertyojlarla dəstəklənərək layihələndirilməsi və müştəriyə effektiv şəkildə təqdim edilməsi; Hazırlanan layihələrin satışa çevrilməsinə yönəlmiş fəaliyyətin həyata keçirilməsi; Satışdan sonrakı proseslərin izlənilməsi və müştəri məmnuniyyətinin təmin edilməsi. İş şəraiti: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; İş saatları: 10:00 – 19:30; Nahar şirkət tərəfindən təmin olunur. Əmək haqqı: 1000 – 1200 AZN + Bonus sistemi Müraciət edən namizədlərdən xahiş olunur ki, şəxsi CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən e-mail mövzu hissəsində “Memar-Dizayner” sözlərini qeyd etsinlər. Əlaqə nömrəsi: (050) 560 01 64