Location: Bakı
Komandamıza 2 Texniki satınalma mühəndisi axtarırıq. Vəzifə öhdəlikləri Müştəri tələblərinə və texniki spesifikasiyalara uyğun avadanlıq seçmək: transformator, KRU, kabel, generator, günəş panelləri, UPS, stabilizator Çin və digər ölkələrin istehsalçılarından qiymət sorğusu (RFQ) almaq, təklifləri texniki və kommersiya baxımından müqayisə etmək İstehsalçıların sertifikatlarını, tip test hesabatlarını və referanslarını yoxlamaq Sifarişləri, istehsal prosesini və zavod sınaqlarını (FAT) izləmək Logistika və gömrük üzrə tərəfdaşlarla koordinasiya etmək Vendor bazasını yaratmaq və aktual saxlamaq Tələblər Elektrik, enerji və ya elektromexanika mühəndisliyi üzrə ali təhsil Satınalma, təchizat və ya texniki satış sahəsində ən azı 2 il təcrübə Texniki sənədləri və standartları oxumaq bacarığı: IEC, datasheet, tək xətli sxem İngilis dilini sərbəst bilmək; Çin və ya rus dili üstünlükdür Incoterms və beynəlxalq ticarət sənədləri ilə tanışlıq MS Excel və işgüzar yazışma bacarığı Təklif edirik Əmək haqqı: 1.000 AZN (net) Bonus: şəxsən həyata keçirdiyiniz satınalmaların reallaşan dövriyyəsindən 1% Sığorta: rəsmi əmək müqaviləsi və sosial sığorta İnkişaf: beynəlxalq istehsalçılarla birbaşa iş, Çinə işgüzar səfərlər CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubun mövzusu: "Texniki satınalma mühəndisi" .