Yüklənir...
Location: Bakı
Öhdəliklər: Müştəri sorğularını qəbul etmək; Yaranmış çətinlikləri təhlil etmək və həllini tapmaq; Müştərilərə mobil əlavələrdən istifadə üzrə təlim keçmək; Avadanlıqların sazlanmasını və şəbəkəyə qoşulması təmin etmək; İstifadə olunan proqram təminatı və avadanlıqda yaranan problemlərin diaqnostikasını aparmaq və nasazlıqları aradan qaldırmaq; Tələb olunan hesabatları hazırlamaq və təyinatı üzrə təqdim etmək. Namizədə tələblər: Sahə üzrə ali və ya peşə təhsili; Sahə üzrə minimal 1 il iş təcrübəsi; Azərbaycan və Rus dilində sərbəst ünsiyyət bacarığı; Texniki biliklər: Sadə əməliyyat sistemləri, PC, notebook Şəbəkə avadanlıqlarını bilmək, periferik qurğular haqqında məlumatlı olmaq Ofis proqramları ilə işləmək bacarığı; Komandada işləmək bacarığı. İş barədə məlumat: Tam iş günü, I-V – 09.30-18.00, VI – 10.00-16.00 İş yeri: Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi Əmək haqqı müsahibə və sınaq nəticələrinə əsasən müəyyən olunacaq. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . Xahiş edirik email-ın “mövzu” bölməsində “Texniki dəstək üzrə mütəxəssis” qeyd edəsiniz. Əks halda, müraciətiniz nəzərə alınmayacaq. Telefonla müraciətlər baxılmır.