Location: Bakı
Təsvir Dövlət orqanları, yerli özünüidarəetmə orqanları və digər qurumlar qarşısında Şirkəti təmsil etmək, yoxlamalar zamanı hüquqi dəstək göstərmək və proseslərin hüquqi müşayiətini həyata keçirmək; Şirkətin məhkəmə, təhqiqat və istintaq orqanlarında hüquqi maraqlarını təmsil etmək və müdafiə etmək; Şirkətin adından iddia ərizələri, şikayətlər, vəsatətlər, etirazlar və digər prosessual sənədləri hazırlamaq və müvafiq orqanlara təqdim etmək; Şirkətin mənafeyinə zidd olan qanunsuz və əsassız qərarlardan qanunvericiliyə uyğun qaydada şikayət vermək; Şirkətin daxili normativ sənədlərinin və digər hüquqi sənədlərinin ekspertizasını aparmaq, zəruri əlavə və dəyişikliklərlə bağlı təkliflər vermək; Etibarnamələrin, təsis sənədlərinin, məhkəmə və hüquq-mühafizə orqanlarına aid sənədlərin və digər hüquqi sənədlərin uçotunu, saxlanılmasını və arxivləşdirilməsini təşkil etmək; Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsinə və hüquqi risklərin minimuma endirilməsinə dəstək göstərmək; Şirkətin struktur bölmələri ilə birgə dövlət orqanları, hüquqi və fiziki şəxslərlə aparılan danışıqlarda iştirak etmək; Şirkətdə yaradılan komissiyaların fəaliyyətində iştirak etmək və hüquqi məsələlər üzrə rəy vermək; Rəhbərliyin tapşırıqları əsasında hüquqi təminatla bağlı digər zəruri işləri həyata keçirmək. Tələblər Hüquqşünaslıq ixtisası üzrə ali təhsil almaq; Hüquq sahəsində minimum 3 il iş təcrübəsinə malik olmaq; Azərbaycan Respublikasının mülki, mülki prosessual, inzibati xətalar, inzibati prosessual və cinayət prosessual qanunvericiliyini bilmək; Məhkəmə və dövlət orqanlarında təmsilçilik, prosessual sənədlərin hazırlanması və hüquqi yazışmaların aparılması üzrə təcrübəyə malik olmaq; Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, təhlili və hüquqi ekspertizası bacarığına malik olmaq; Hüquqi riskləri müəyyənləşdirmək, təhlil etmək və müvafiq həll yolları təklif etmək bacarığına malik olmaq; Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığına malik olmaq; MS Office proqramlarından istifadə bacarığına malik olmaq; Analitik düşünmə, araşdırma, problem həll etmə və qərarvermə bacarıqlarına malik olmaq; Komandada işləmək, vaxtı düzgün idarə etmək və detallara diqqət yetirmək bacarığına malik olmaq. Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Yanacaq Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.