Yüklənir...
Location: Bakı
İşin Məzmunu: Korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi; Şirkətin məhsul və xidmətlərinin təqdimatı, bazar araşdırmalarının aparılması və satış strategiyalarının hazırlanması; Müştəri tələblərinin müəyyənləşdirilməsi, uyğun həllərin təklif edilməsi və müqavilələrin bağlanması; Satış həcminin və keyfiyyətinin izlənilməsi, hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi. Tələblər: Minimum 3 illik korporativ satış sahəsində (xüsusilə inşaat sahəsində) iş təcrübəsi; Ali təhsil; Dil bilikləri: Azərbaycan dili, Rus dili; MS Office proqramı bilikləri; Yüksək səviyyədə kommunikasiya və satış bacarıqları. İş Şəraiti: İş qrafiki: 6 günlük iş qrafiki (Şənbə: 09:00-dan 13:00-dək); Əmək haqqı: 1000 AZN + (əlavə olaraq satışdan yüksək faiz); İş yeri: N.Nərimanov rayonu, A.Aqarunov 3-9. Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu hissəsində “Korporativ satış mütəxəssisi” qeyd etməklə göndərə bilərlər.