Aparıcı mühasib - Qalan

Location: Bakı

Komandamızın genişlənməsi ilə əlaqədar olaraq Aparıcı mühasib vəzifəsi üzrə işə qəbul elan edirik! QALAN — Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və ərəb ölkələrində fəaliyyət göstərən müasir onlayn təhsil platformasıdır. Riyaziyyat tədrisi sahəsində 60 000-dən çox şagirdə xidmət göstərmişik. Missiyamız şagirdlərə keyfiyyətli və daim inkişaf edən təhsil imkanları təqdim etməklə onların uğurlarına dəstək olmaqdır. Böyüyən komandamızda maliyyə və mühasibat proseslərinin düzgün, şəffaf və sistemli şəkildə aparılmasını təmin edəcək təcrübəli, məsuliyyətli və diqqətli Aparıcı mühasib axtarırıq. Vəzifə öhdəlikləri: Mühasibat uçotunun qüvvədə olan qanunvericiliyə uyğun şəkildə düzgün aparılmasını təmin etmək; Debitor və kreditor hesablaşmalarına, gəlir və xərclərin uçotuna nəzarət etmək; Şirkətin mənfəət və zərər göstəricilərini izləmək, maliyyə nəticələrini təhlil etmək və müvafiq hesabatları hazırlamaq; Bank əməliyyatlarını və ödənişləri həyata keçirmək; Elektron qaimə-faktura, hesab-faktura və digər maliyyə sənədlərinin düzgün işlənməsini təmin etmək; Vergi, statistika və digər maliyyə hesabatlarının hazırlanmasında və vaxtında təqdim edilməsində iştirak etmək; 1C Mühasibatlıq proqramında əməliyyatların düzgün və fasiləsiz aparılmasını təmin etmək; Əmək haqqı, məzuniyyət və ezamiyyə xərclərinin hesablanmasını həyata keçirmək; Mühasibat və ilkin kadr sənədlərinin düzgün hazırlanmasını, saxlanılmasını və arxivləşdirilməsini təmin etmək; Elektron vergi sistemi, e-gov və digər rəsmi dövlət portalları ilə işləmək; Maliyyə və mühasibat proseslərinin düzgün və effektiv şəkildə həyata keçirilməsində iştirak etmək. Namizədə tələblər: Ali təhsil; Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi; Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanununu, vergi və maliyyə qanunvericiliyini bilmək; Maliyyə, vergi, statistika və digər hesabatların hazırlanması və təqdim edilməsi qaydalarını bilmək; 1C Mühasibatlıq proqramında işləmək bacarığı; MS Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı işləmək bacarığı; Elektron vergi sistemi, elektron qaimə-faktura, e-gov və digər rəsmi portallarla işləmək təcrübəsi; Əmək haqqı hesablanması və əmək münasibətlərinə dair sənədlərlə işləmək bacarığı; PMS MHBS, ACCA F3 və digər peşəkar mühasibatlıq sertifikatlarının olması üstünlükdür; Azərbaycan və rus dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı; Diqqətlilik, məsuliyyətlilik, dəqiqlik və analitik düşünmə bacarığı; Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı. İş şəraiti: Əmək haqqı namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müəyyən ediləcək; İş nəticələrinə əsasən gələcəkdə əmək haqqı artımı nəzərdə tutulur; Rəsmi əmək müqaviləsi; İş yeri: AF City; İş günləri: Həftənin 5 günü (saat 09:00-18:00) Təhsil sahəsində inkişaf edən və peşəkar komandada işləmək, həmçinin karyera inkişafı imkanı. Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.