Əsas vəsaitlərin uçotu və inventarizasiyası üzrə təcrübəçi - RAHAT Supermarketlər şəbəkəsi

Location: Bakı

Rahat Supermarketlər şəbəkəsi Əsas vəsaitlərin uçotu və inventarizasiyası üzrə təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. Əsas vəzifə öhdəlikləri Mağaza, anbar və ofislərdə əsas vəsaitlərin fiziki sayımında (inventarizasiyasında) iştirak etmək; Əsas vəsaitlərin inventar nömrələri ilə markalanmasına və inventar siyahılarının hazırlanmasına dəstək göstərmək; Fiziki sayımın nəticələrini uçot məlumatları ilə müqayisə etmək və aşkar edilmiş fərqləri qeydə almaq; Əsas vəsaitlərin yerləşdiyi məkan və maddi məsul şəxslər barədə məlumatları yoxlamaq və yeniləmək; Əsas vəsaitlərin qəbulu, yerdəyişməsi və silinməsi ilə bağlı sənədləşmə prosesinə dəstək göstərmək; Əsas vəsaitlərin reyestrinin aparılmasında və məlumatların mühasibat uçotu sisteminə daxil edilməsində iştirak etmək; İnventarizasiya aktlarının və sayım nəticələri üzrə hesabatların hazırlanmasına kömək etmək; Aşkar edilmiş uyğunsuzluqların araşdırılması və aradan qaldırılması prosesində iştirak etmək. Namizədə dair tələblər Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə təhsil almaq və ya müvafiq ixtisas üzrə məzun olmaq; Mühasibat uçotu və əsas vəsaitlər üzrə ilkin biliklərə malik olmaq; MS Excel proqramında baza səviyyəsində işləmək bacarığı; Dəqiqlik, məsuliyyət və detallara diqqət; Komanda ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı; Mağaza və anbarlarda keçirilən səyyar inventarizasiya işlərində iştirak etməyə hazır olmaq; İş təcrübəsi tələb olunmur. İş şərtləri İş yeri: Rahat Supermarketlər şəbəkəsi İş qrafiki: 5 günlük iş həftəsi Əmək haqqı: Namizədin bilik və bacarıqları nəzərə alınmaqla, müsahibə əsasında müəyyən ediləcək. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Əsas vəsaitlərin uçotu və inventarizasiyası üzrə təcrübəçi” qeyd etməklə   Müraciət et   düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.