Tərəzi operatoru - Sahil Transport MMC

Location: Bakı

Şirkətimizə məsuliyyətli və diqqətli Tərəzi operatoru tələb olunur. Əsas vəzifələr: Gələn və gedən nəqliyyat vasitələrinin tərəzidə çəkilməsini həyata keçirmək; Çəki göstəricilərini sistemə düzgün daxil etmək; Çəki sənədlərini və məlumatları qeydiyyata almaq; Tərəzi göstəricilərinə nəzarət etmək; Aşkarlanan uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək; İş zamanı təhlükəsizlik və daxili qaydalara riayət etmək. Namizədə tələblər: Məsuliyyətli və diqqətli olmaq; Kompüterdən istifadə bacarığı; Rəqəmlərlə işləmə qabiliyyəti; Müvafiq sahədə iş təcrübəsi arzuolunandır; İş şəraiti İş qrafiki: 5 günlük Əmək haqqı: 700 manat İş yeri: Bakı, Qaradağ rayonu (Yaşayış yeri Qaradağ rayonu, Lökbatan qəsəbəsi,Qızıldaş qəsəbəsi olan namizədlərə üstünlük veriləcəkdir.) Maraqlanan şəxslər CV-lərini  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə vakansiyanın adını qeyd etməklə   göndərə bilərlər.