Yüklənir...
Location: Bakı
Əsas vəzifələr: Beton,Asfalt-beton və Qrunt sınaqları üzrə bilik və praktiki təcrübəyə malik olmaq; Materialların fiziki xassələri və onların müəyyən edilməsi üsulları barədə məlumatlı olmaq; Sınaqları müvafiq standartlara və texniki tələblərə uyğun həyata keçirmək; Sınaq nəticələrinin qeydiyyatını aparmaq, sınaq protokollarını və hesabatları hazırlamaq; Standartlara uyğun olaraq laboratoriya raportlarını tərtib etmək; Laboratoriya jurnallarını, sınaq sənədlərini və digər texniki sənədləri düzgün hazırlamaq və aparmaq; Sınaq avadanlıqlarından düzgün istifadə etmək, onların saz vəziyyətdə saxlanılmasını təmin etmək; Tələblər: İnşaat mühəndisliyi, tikinti materialları və ya əlaqəli texniki sahə üzrə ali təhsil Tikinti materiallarının laboratoriya sınaqları üzrə minimum 3 il iş təcrübəsi Tətbiq olunan sınaq standartları və laboratoriya prosedurları üzrə bilik Laboratoriya və sahə sınaq fəaliyyətlərini dəqiq planlaşdırmaq, icra etmək və sənədləşdirmək bacarığı Yaxşı analitik bacarıqlar və sınaq nəticələrini şərh etmək qabiliyyəti Müştərilər, tənzimləyici qurumlar və daxili maraqlı tərəflərlə effektiv ünsiyyət qurmaq bacarığı Məsuliyyətlilik, dəqiqlik, keyfiyyət və təhlükəsizlik tələblərinə riayət etmə bacarığı Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.