Mühəndis elektrik - STDC

Location: Bakı

Tələblər Yüksək, orta və alçaq gərginlikli elektrik qurğularının iş prinsipini və konstruksiyasını bilməlidir; (35 kV-a gədər)  Elektrik təchizatı sistemlərinin layihələndirilməsi, quraşdırılması və istismarını təşkil etməlidir;   Transformatorlar, elektrik lövhələri, avtomat açarlar, kontaktorlar, relelər, UPS, generator və digər elektrik avadanlıqları ilə işləməyi bacarmalıdır;   Kabel xətlərinin seçilməsi, hesablanması, çəkilişi və texniki vəziyyətinə nəzarət etməyi bacarmalıdır;   Kabel kəsiyini, yük cərəyanını, gərginlik itkisini və qısaqapanma cərəyanlarını hesablamağı bacarmalıdır;   Qısaqapanmadan, artıq yüklənmədən və digər qəza rejimlərindən mühafizə sistemlərini seçməyi  və yoxlamağı bacarmalıdır;   Torpaqlama və mühafizə sistemlərinin quruluşunu və tələblərini bilməlidir;   Elektrik avadanlıqlarında nasazlıqları müəyyən etməyi və aradan qaldırılmasını təşkil etməyi bacarmalıdır;   Elektrik avadanlıqlarına texniki baxış və profilaktik xidmətlərin planlaşdırılmasını həyata keçirməyi bacarmalıdır;   Elektrik enerjisinə qənaət və enerji səmərəliliyinin artırılması üzrə tədbirlər hazırlamağı bacarmalıdır.  Bu sahədə 5 ildən artıq təcrübəsi olmalıdır   Müvafiq sahə üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir   Təhsil: ali (energetika sahəsi üzrə)  İş şəraiti İş saatları: 9:00-dan 18:00-dək. Həftə içi beş gün  Əmək haqqı: 2000 Azn Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .