Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Şirkətin satınalma fəaliyyətlərini planlaşdırmaq, təşkil etmək və idarə etmək; Tədarükçülərin seçimini həyata keçirmək, alış tələblərini qiymətləndirərək ən uyğun qiymət və keyfiyyət göstəricilərini təmin etmək, şöbə rəhbərlərinə mütəmadi məlumat vermək; Yerli və xarici təchizatçıları araşdırmaq, seçim etmək və təchizatçı bazasını daim yeniləmək; Satınalma bazarını izləyərək xərcləri optimallaşdırmaq və daha əlverişli şərtlər əldə etmək üçün yeni tərəfdaşlarla əməkdaşlıq qurmaq; Təchizatçılarla qiymət endirimləri və digər kommersiya şərtləri üzrə effektiv danışıqlar aparmaq; Təsdiqlənmiş tələbnamələrin icrasını əlaqələndirmək və nəzarət etmək; Satın alınmış mallar, materiallar və xidmətlərə dair məlumat bazasını formalaşdırmaq, yeniləmək və xərclərə nəzarət etmək; Rəqabətli qiymət sorğusu prosesini idarə etmək və şəffaflığı təmin etmək; Müqavilələrin şərtlərini və xərclərini tərəfdaşlarla razılaşdırmaq; Şirkətin daxili inzibati və qeydiyyat prosedurlarına uyğunluğa nəzarət etmək; Satınalmaların aidiyyəti bölmələrə çatdırılmasını və hesabatlılığını təmin etmək; Daşınma və gömrük prosedurlarının koordinasiyasını həyata keçirmək. Tələblər: Ali təhsil (İqtisadiyyat, Menecment və ya aidiyyatı sahələr üzrə); Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (minimum 2 il rəhbər vəzifədə); Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər; Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı; Məsuliyyətli və detallara diqqətli olmalıdır; MS Office proqramlarını bilməlidir; Azərbaycan dili, mükəmməl rus və ya ingilis dillərini bilməlidir. Əmək şəraiti: İş qrafiki: 5 günlük İş vaxtı: 09:00-18:00 Könüllü tibbi sığorta Yemək təminatı Nəqliyyat xidməti İş yeri: Sumqayıt CV-nizi mövzu hissəsində “Satınalma şöbəsinin müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.