Yüklənir...
Location: Bakı
Əsas vəzifə öhdəlikləri: Müştərilərin Qaynar xətt və sosial şəbəkələr üzərindən daxil olan sorğularını cavablandırmaq; Məhsul və xidmətlər barədə müştərilərə dəqiq məlumat vermək; Müştəri müraciətlərini operativ şəkildə yönləndirmək və problemlərin həllinə dəstək olmaq; Daxil olan zənglərin qeydiyyatını aparmaq və hesabat hazırlamaq; Müştəri məmnuniyyətini təmin etmək və yüksək xidmət standartlarını qorumaq. Tələb olunan bilik və bacarıqlar: Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ya ingilis dili bilikləri üstünlükdür); Düzgün diksiyaya sahib olmaq; Stressə davamlılıq və operativ qərarvermə bacarığı; Müştəriyönümlü düşüncə və komanda ilə işləmə qabiliyyəti; Kompüter bilikləri (MS Office, CRM sistemləri). Tələb olunan təhsil, iş təcrübəsi: Ali təhsil; Müştəri xidmətlərində iş təcrübəsi üstünlük hesab olunur. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D. Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına korporativ nömrə. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Jooble.az - Qaynar xətt operatoru” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. e-mail: cv@tamstore.az