Zəif axın sistemləri üzrə texnik - TechnoVision MMC

Location: Bakı

Vəzifə öhdəlikləri Zəif axın və aşağı gərginlikli sistemlərin quraşdırılması, kabel çəkilişi, texniki sazlanması və bərpasını həyata keçirmək; Giriş-çıxışa nəzarət sistemlərinin (ACS), biometrik oxuyucuların, domofonların, turniketlərin və şlaqbaumların quraşdırılması və proqramlaşdırılmasını həyata keçirmək; Təhlükəsizlik və videomüşahidə sistemlərinin quraşdırılması, sazlanması və texniki baxışını təmin etmək; IP kameraların, NVR/DVR avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və şəbəkəyə qoşulmasını həyata keçirmək; CAT5e/CAT6 kabellərinin çəkilişini və şəbəkə bağlantılarının qurulmasını təmin etmək; Şəbəkə və digər zəif axın sistemlərində yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq; Quraşdırılmış avadanlıqların düzgün və fasiləsiz işləməsinə nəzarət etmək; Zəruri hallarda digər filiallarda və regionlarda montaj və texniki xidmət işlərini yerinə yetirmək. Namizədə tələblər Müvafiq sahə üzrə minimum 1–2 il iş təcrübəsi; Zəif axın və aşağı gərginlikli sistemlər üzrə praktiki biliklər; CAT5e/CAT6 kabelləri ilə işləmək bacarığı; Giriş-çıxışa nəzarət sistemləri (ACS), biometrik oxuyucular, domofon, turniket və şlaqbaumların quraşdırılması və proqramlaşdırılması üzrə biliklər; Videomüşahidə, təhlükəsizlik və telekommunikasiya infrastrukturlarının montajı və texniki sazlanması üzrə biliklər; Baza şəbəkə bilikləri; Drel, laqonda, perforator və digər texniki alətlərdən istifadə etmək bacarığı; Nərdivanla təhlükəsiz işləmək bacarığı; Məsuliyyətli olmaq, komanda ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı; B kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlükdür; Zəruri hallarda regionlara səfər etmək imkanı. İş şəraiti 5 günlük iş qrafiki; Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcəkdir. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Zəif axın sistemləri üzrə texnik” qeyd etməklə göndərmələri xahiş olunur. Əlaqə nömrəsi: 055 203 44 39 Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.