Yüklənir...
Location: Bakı
Timeless Forest MMC komandamıza 100 ha pavloniya plantasiyasının aqronomik idarə olunmasını həyata keçirəcək Aqronom axtarırıq. Əsas vəzifələr 100 ha pavloniya sahəsinin gündəlik aqronomik idarə olunmasını həyata keçirmək; Suvarma qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək; Fertiqasiya proqramının hazırlanmasını və icrasını təmin etmək; Gübrə sərfiyyatını hesablamaq və uçotunu aparmaq; Torpaq, su və yarpaq analizlərinin təşkilini həyata keçirmək; Analiz nəticələrinə əsasən gübrələmə proqramlarının hazırlanmasında iştirak etmək; Xəstəlik və zərərvericiləri vaxtında müəyyən etmək və mübarizə tədbirlərini planlaşdırmaq; Budama, gövdə formalaşdırılması və yan budaqların təmizlənməsi işlərini təşkil etmək; Alaq otlarına qarşı mübarizə tədbirlərini planlaşdırmaq; Sahə işçilərinə gündəlik tapşırıqlar vermək və görülən işlərə nəzarət etmək; Bitki sayı, tələfat faizi və böyümə göstəricilərinin dəqiq uçotunu aparmaq; Suvarma və gübrələmə üzrə uçotu aparmaq; Ağacların böyümə göstəricilərini mütəmadi ölçmək və müqayisəli təhlil etmək; Sahənin gündəlik monitorinqini aparmaq; Həftəlik və aylıq aqronomik hesabatlar hazırlamaq; Aqrotexniki işlərin mövsümi planını hazırlamaq və icrasına nəzarət etmək. Namizədə tələblər Aqronomluq, bitkiçilik və ya əlaqəli sahə üzrə ali təhsil; Aqronom vəzifəsində minimum 3 il iş təcrübəsi; Meyvə bağı, intensiv əkinçilik və ya ağac plantasiyasında praktiki təcrübə üstünlükdür; Pavloniya üzrə iş təcrübəsi olan namizədlərə üstünlük verilir; Damlama suvarma sistemlərinin idarə olunması və suvarma proqramlarının hazırlanması üzrə praktiki bilik; Fertiqasiya və gübrə hesablamaları üzrə praktiki bilik; Torpaq və su analizlərinin nəticələrini oxumaq və nəticələrə əsasən gübrələmə proqramı hazırlamaq bacarığı; Bitkilərdə qida çatışmazlığı əlamətlərini müəyyən etmək bacarığı; Pavloniya üzrə budama, gövdə formalaşdırılması və yan budaqların təmizlənməsi texnologiyasını bilmək; Xəstəlik və zərərvericilərin monitorinqi və mübarizə proqramlarının hazırlanması üzrə bilik; Alaq otlarına qarşı mübarizə tədbirlərini planlaşdırmaq bacarığı; Kənd təsərrüfatı texnikası və aqrotexniki işlərin planlaşdırılması barədə praktiki anlayış; Excel proqramında işləmək bacarığı; Sahədə işləməyə və mütəmadi monitorinq aparmağa hazır olmaq; B kateqoriyalı sürücülük vəsiqəsi üstünlükdür; Rus, İngilis və ya Alman dili biliyi üstünlükdür. İş şəraiti İş yeri: Ağsu və Hacıqabul ərazisində yerləşən pavloniya plantasiyaları İş rejimi: 6 gün Maaş: Bilik və bacarıqlara əsasən qiymətləndiriləcək və müsahibə əsasında razılaşma yolu ilə müəyyən olunacaq. Pavloniya plantasiyasının idarə olunması, aqrotexniki proseslərin düzgün təşkili və sahə nəticələrinin sistemli şəkildə izlənməsi üzrə praktiki təcrübəniz varsa, sizi komandamıza qoşulmağa dəvət edirik. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.