Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Daxil olan və göndərilən sənədlərin qəbulu, qeydiyyatı və müvafiq qaydada sistemləşdirilməsi; Sənəd dövriyyəsinin təşkili və nəzarətdə saxlanılması; Rəsmi məktubların, ərizələrin, əmrlərin və digər sənədlərin hazırlanması və tərtib edilməsi; Sənədlərin aidiyyəti üzrə müvafiq şöbə və əməkdaşlara yönləndirilməsi; Sənədlərin arxivləşdirilməsi və elektron bazada mühafizəsinin təmin edilməsi; Rəhbərliyin tapşırıqlarına uyğun olaraq sənədlərin hazırlanması və icrasına nəzarət; Sənədlərin düzgünlüyünün, məxfiliyinin və vaxtında icrasının təmin edilməsi; Ofisdaxili sənəd və məlumat mübadiləsinin koordinasiyası; Kargüzarlıq işlərinin mövcud qanunvericiliyə və daxili prosedurlara uyğun aparılması; 1C proqramında müvafiq əməliyyatların icrası. Namizədə dair tələblər: Ali təhsil 1 C proqramında işləmək bacarığı (mütləqdir) İş təcrübəsi: 1 ilədək (gənc və həvəsli namizədlərə üstünlük verilir) Məsuliyyətli, operativ, diqqətli və intizamlı İş şərtləri: İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə) Nahar şirkət tərəfindən təmin edilir İş yeri: Ağdam rayonu Əmək haqqı ştat cədvəlinə uyğun olaraq CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “ Kargüzar ” başlığı ilə göndərə bilərsiniz. Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.