Beynəlxalq logistika üzrə satış meneceri - 166 Yükdaşıma və Logistika

Location: Bakı

166 Yükdaşıma və Logistika şirkəti “ Beynəlxalq logistika üzrə satış meneceri ” vakansiyası elan edir. Vəzifə öhdəlikləri: Yeni B2B müştərilərin cəlb edilməsi və biznes əlaqələrinin qurulması; Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlığın inkişaf etdirilməsi; Quru, dəniz, hava və dəmir yolu daşımaları üzrə xidmətlərin satışı; Müştəri ehtiyaclarının təhlili və uyğun logistika həllərinin təklif edilməsi; Kommersiya təkliflərinin hazırlanması və danışıqların aparılması; Satış prosesinin ilkin əlaqədən müqavilənin imzalanmasınadək idarə olunması; Müştəri portfelinin genişləndirilməsi və əlavə satış imkanlarının yaradılması; Bazar və rəqib analizlərinin aparılması; Satış planlarının və KPI göstəricilərinin yerinə yetirilməsi. Tələblər: Logistika və ya B2B satış sahəsində minimum 2 il iş təcrübəsi; Yükdaşıma prosesi, Incoterms və əsas logistika terminləri üzrə bilik arzu olunandır; Yüksək səviyyədə satış və ünsiyyət bacarıqları; MS Office və CRM proqramlarında işləmək bacarığı; Azərbaycan və rus dillərində sərbəst ünsiyyət, ingilis dili biliyi üstünlükdür. İş şəraiti: İş qrafiki: 09:00-18:00; Əmək haqqı: Müsahibə əsasında təyin olunacaqdır; Ünvan: Yeni Həyat Plaza., Zərifə Əliyeva 55. Uyğun namizədlərdən CV-lərini  “Beynəlxalq logistika üzrə satış meneceri” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.