Yüklənir...
Location: Bakı
INTUERA zərgərlik və saat butikində Satış məsləhətçisi Namizədə tələblər: Təqdimatlı xarici görünüş, səliqəlilik və yüksək zövq hissi; Butiklərdə satış məsləhətçisi vəzifəsində 1 ildən artıq iş təcrübəsi (zərgərlik məmulatları, saatlar, aksesuarlar və ya premium brendlərlə iş təcrübəsinə üstünlük verilir); Səlis nitq və yüksək ünsiyyət bacarıqları; Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dillərini bilmək üstünlükdür); Müştərilərlə uzunmüddətli münasibətlər qurmaq bacarığı; Yüksək xidmət standartları və fərdi satış bacarıqları; Məsuliyyətlilik, punktuallıq və detallara diqqət. Əsas vəzifə öhdəlikləri: Müştərilərə peşəkar məsləhətlərin verilməsi, zərgərlik məmulatlarının və saatların təqdim edilməsi; Yüksək səviyyədə müştəri xidmətinin təmin edilməsi; Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsulların seçimində köməklik göstərilməsi; Fərdi satış planının yerinə yetirilməsi; Məhsulların vizual təqdimatı və nümayişi üzrə müəyyən edilmiş standartlara riayət olunması. Biz nə təklif edirik: Bakının mərkəzində yerləşən dəbli zərgərlik butikində iş imkanı; 800 AZN sabit əməkhaqqı + satış nəticələrinə əsasən bonuslar; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; Məhsul çeşidi və satış texnikaları üzrə təlimlər; Peşəkar inkişaf imkanları; Rahat və xoş iş mühiti. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .