Location: Bakı
Vəzifə funksiyaları: Tikinti prosesinin gündəlik olaraq icra qrafikinə, layihə sənədlərinə və texniki tələblərə uyğun idarə olunması ; Sahədə aparılan işlərin keyfiyyətinə və düzgün icrasına nəzarət etmək ; Ustalar, briqadalar və subpodratçıların işini koordinasiya etmək və tapşırıqları sahə üzrə paylamaq ; Layihə üzrə konstruktiv, memarlıq və mühəndis sistemlərinə aid rəsmləri oxumaq və işçilərə izah etmək ; Günlük və həftəlik iş planlarının hazırlanması və yerinə yetirilməsinə nəzarət etmək ; Materialların vaxtında və düzgün şəkildə sahəyə çatdırılması üçün müvafiq şöbələrlə koordinasiya aparmaq ; Sahə ölçülərinin, iş həcmlərinin və görülmüş işlərin qeydlərini aparmaq ; Keyfiyyətsiz və ya layihəyə uyğun olmayan işlərin aşkarlanması və operativ şəkildə aradan qaldırılması üçün tədbirlərin görülməsi ; Texniki təhlükəsizlik qaydalarının sahədə icrasına nəzarət etmək ; Görülmüş işlərin foto və yazılı hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi ; Subpodratçıların iş həcmlərinin qəbulunda iştirak etmək və icra sənədləşməsini aparmaq ; İşlərin mərhələli şəkildə təhvil-təslim prosesində iştirak etmək ; Vəzifəyə olan tələblər: Ali təhsil (İnşaat üzrə); Sahə mühəndisi və ya icra mühəndisi olaraq 2-5 ildən yuxarı iş təcrübəsi; İnnovativ standartlara uyğun işləməyi bacarmalı; AutoCAD bilikləri (Revit, Civil 3D, Microsoft Project bilikləri üstünlükdür) ; Tikinti norma və standartları, iş ardıcıllığı və texnoloji proseslər haqqında güclü biliklər; Layihə sənədlərinin və texniki rəsmlərin dəqiq oxunması və düzgün şərh olunması bacarığı; Effektiv komanda idarəetməsi, yüksək məsuliyyət hissi və operativ qərarvermə bacarığı; Əmək şəraiti: İş qrafiki: 6 günlük Nahar şirkət tərəfindən təmin edilir. Əmək haqqı 2000-2500 AZN NET Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Sahə mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.