Təmir şöbəsinin operatoru - AZ Logistika and Management Services

Location: Bakı

Əsas vəzifələr Nasazlıqların Aşkar Edilməsi: Nəqliyyat vasitələrinin və avadanlıqların texniki baxışını keçirmək, nasazlıqları vaxtında müəyyən etmək. Təmir Qrafiklərinin Hazırlanması: Planlı təmir (profilaktik) və cari təmir işlərinin qrafiklərini tərtib etmək və icrasına nəzarət etmək. Sənədləşdirmə və Hesabatlılıq: Təmir-istismar ehtiyacları üçün material sərfi üzrə sənədləri işləyib hazırlamaq, smeta xərclərini hesablamaq və hesabatlar tərtib etmək. Tələb və Sorğuların İdarə Edilməsi: Strukturlardan daxil olan müraciətlər əsasında təmir işlərini təşkil etmək və çatışmazlıqları aradan qaldırmaq. Ehtiyat Hissələrinə Nəzarət: Təmir üçün zəruri olan ehtiyat hissələrinin sifarişi və anbar qalığına nəzarət etmək. Tələblər 1–3 ilədək uyğun sahədə iş təcrübəsi; Dinamiklik, gərginliyə davamlılıq, ünsiyyət və təqdim etmə bacarığı; Rəhbərliyin verdiyi aidiyyəti tapşırıqların yerinə yetirilməsi; Komandada işləmə bacarığı. İş şəraiti İş qrafiki: 6 günlük; Nahar yeməyi və servis avtobusu şirkət tərəfindən təmin olunur; Əmək haqqı: razılaşma yolu ilə; İş yeri: Sahil qəsəbəsinin yaxınlığı, Salyan şossesi, 32 km. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .