Marketinq şöbəsinin rəhbəri - Barattson

Location: Bakı

Barattson  “Marketinq şöbəsinin rəhbəri” vəzifəsi üzrə vakansiya elan edir:  Əsas vəzifə öhdəlikləri:   Şirkətin marketinq strategiya və planını işləyib hazırlamaq;  Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması; SEO/SEM, Google Ads, Facebook, Instagram, Tiktok, LinkedIn və digər platformalarda reklam  kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması; AI və müasir marketinq alətlərindən istifadə etməklə marketinq proseslərinin effektivliyinin artırılması; Rəqəmsal marketinq kampaniyalarının (social media, performance, e-mail və s.) planlanması və idarə  olunması; Bazarın təhlili, mövcud rəqabət mühitinin analizi; Brend mövqeləndirilməsinin gücləndirilməsi və kommunikasiya strategiyasının qurulması; Şirkətin xidmətləri haqqında təqdimatlar hazırlamaq və təqdim etmək; Şirkətin sayt və sosial media hesablarına nəzarət etmək, daimi yenilənməsini təmin etmək; Şirkətin sosial şəbəkələrdə PR-nın aparılması, sosial səhifənin daha çox tanıdılması və inkişaf etdirililməsini təmin etmək; Xidmət sahələri üzrə satış hədəfləri müəyyənləşdirmək və onlara çatmağa nail olmaq; PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili; Marketinq komandasını  peşəkarcasına idarə etmək və kreativ  mühit yaratmaq; Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;                                                  Əsas tələblər:    Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır); Marketinq menecer/rəhbər üzrə ən azı 5 il iş təcrübəsi;  Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı; Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili mükəmməl; Strateji düşünmə və analitika bacarığı; Çevik işləmək bacarığı.   Əmək haqqı:  Namizədin bilik və təcrübəsinə uyğun olaraq tərəflər arasında razılaşdırılır. İş qrafiki: 5 iş günü, saat 10:00 – 19-00 Namizədlərdən CV formaların  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissədə mütləq vəzifənin adı  “Marketinq şöbəsinin rəhbəri” qeyd olunmaqla göndərməkləri xahiş olunur.