Location: Bakı
Salary: 1500
Ümumi məlumat: Beynəlxalq logistika sahəsində sürətlə böyüyən "CAPITAL LOGISTICS" ekspeditor (yükdaşıma) şirkəti, gündəlik logistika əməliyyatlarımızı optimallaşdırmaq üçün yüksək təcrübəyə malik və detallara qarşı diqqətli olan "Mühasib" axtarır. Əsas öhdəliklər Logistika şöbələri üçün büdcələrin hazırlanması və idarə edilməsi. Logistika xidmətləri ilə bağlı fakturaların və qaimələrin idarə edilməsi. Logistika xərcləri və mənfəət marjaları barədə maliyyə hesabatlarının tərtibi. İnventarın dəyərinin qiymətləndirilməsi. Mühasibatlıq əməliyyatlarının qanunvericiliyə uyğunluğunun təmin edilməsi. Xərc məlumatlarının təhlili və uyğunsuzluğun aradan qaldırılması. Təchizatçı və daşıyıcılarla müqavilələrin maliyyə baxımından nəzərdən keçirilməsi. Əməliyyat və maliyyə komandaları ilə sıx əməkdaşlıq. Performans göstəricilərinin monitorinqi. Maliyyə risklərinin müəyyən edilməsi və azaldılması. Tələblər Mühasibat uçotu və ya maliyyə üzrə ali təhsil. Minimum 3 il iş təcrübəsi (logistika üstünlükdür). B1-B2 ingilis və rus dili bilikləri. Xarici internet-bankinq sistemləri ilə iş təcrübəsi arzuolunandır. IFRS üzrə biliklər. ERP sistemləri və MS Office proqramları üzrə peşəkar biliklər. Analitik təfəkkür və təzyiq altında işləmə bacarığı. İş şəraiti Məkan: Bakı şəhəri İş qrafiki: 5 günlük, 15:00 - 01:00 Əmək haqqı: 1500 AZN + BONUS (KPI) Nahar: Ofisdə (1 saat) CV-lərinizi mövzu hissəsində "Accountant" yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.