Yüklənir...
Location: Bakı
Əmək haqqı: Razılaşma əsasında Vəzifə öhdəlikləri: Tikinti ərazisində ilkin topoqrafik və geodeziya ölçmə işlərinin aparılması; Tikinti sahəsinin koordinatlarının və yüksəklik göstəricilərinin müəyyən edilməsi; Layihə üzrə bina və digər tikililərin ərazidə düzgün yerləşdirilməsinin təmin olunması; Bina oxlarının, fundamentlərin, sütunların, divarların və digər konstruktiv elementlərin layihəyə uyğun olaraq yerə köçürülməsi və nişanlanması; Tikinti prosesində lazım olan ölçmə, yoxlama və nəzarət işlərinin həyata keçirilməsi; Fundament, monolit konstruksiyalar, mərtəbələr və digər tikinti elementləri üzrə geodeziya nəzarətinin aparılması; Layihə koordinatları ilə faktiki ölçmə nəticələrinin müqayisə edilməsi və kənarlaşmaların müəyyənləşdirilməsi; Tikinti işlərinin layihə göstəricilərinə və texniki tələblərə uyğunluğunun yoxlanılması; Lazım gəldikdə, faktiki vəziyyət üzrə ölçmələrin aparılması və icra sənədləri üçün məlumatların hazırlanması; Ölçmə nəticələrinin düzgün qeydiyyatının aparılması və müvafiq hesabatların təqdim edilməsi; Tikinti sahəsinin mühəndisləri, sahə rəisləri və digər texniki heyətlə koordinasiyalı işləmək; Ölçmə işləri zamanı dəqiqliyin, texniki təhlükəsizliyin və iş intizamının qorunması. Tələblər: Müvafiq təhsilin olması. Sahə üzrə minimum 10 il praktiki iş təcrübəsi. Şəxsi topoqrafik avadanlıqların olması mütləqdir. Tikinti layihələrini və texniki çertyojları oxumaq bacarığı. Koordinat, yüksəklik və geodeziya ölçmələri üzrə biliklər. Məsuliyyətli, dəqiq və intizamlı olmaq. Tapşırıqları müstəqil və vaxtında yerinə yetirmək bacarığı. İş prosesində texniki təhlükəsizlik qaydalarına riayət etmək. Uyğun namizədlər öz CV məlumatlarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına yollaya bilər. Yalnız avadanlığı olan namizədlərin müraciəti qeydə alınacaqdır. Avadanlığın CV və ya maildə qeyd olunması mütləqdir.