1C Mütəxəssisi (Tikinti sahəsi) - Crystal Group of Companies

Location: Bakı

Vəzifə öhdəlikləri: Tikinti layihələri üzrə təchizat proseslərinin 1C proqramı vasitəsilə idarə edilməsi; Material və avadanlıqların alış proseslərinin sistemdə qeydiyyatı və izlənilməsi; Təchizat sənədlərinin (alış sifarişləri, qaimələr, anbar əməliyyatları və s.) 1C proqramında işlənməsi; Anbar hərəkətlərinə və mal-material qalıqlarına nəzarət; Təchizat, anbar və maliyyə şöbələri ilə koordinasiyalı işləmək; Rəhbərlik üçün müvafiq hesabatların hazırlanması; 1C sistemində məlumatların düzgün və vaxtında daxil edilməsinin təmin edilməsi. Namizədə tələblər: 1C proqramı ilə işləmək üzrə minimum 2 il iş təcrübəsi; Tikinti sahəsində və təchizat istiqamətində iş təcrübəsi mütləqdir; Tikinti materialları və təchizat prosesləri barədə biliklər; MS Excel proqramını yaxşı səviyyədə bilmək; Analitik düşünmə, məsuliyyətlilik və yüksək ünsiyyət bacarığı. İş şəraiti: 5 günlük iş qrafiki; İş saatı 08:00-17:00-dək Nahar vaxtı 12:00-13:00-dək  Nahar şirkət tərəfindən təmin edilir; Servis xidməti mövcuddur; Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək. Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Jooble.az - 1C mütəxəssisi ” yazaraq CV-lərini göndərə bilərlər